VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA
19 MART
1353

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA

2018-03-19 21:30:00

Sumqayıt Texnologiyalar Parkı Metaləritmə zavoduna Növbə rəisi vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Sexin bölmələri  ( briqadalar ) tərəfindən istehsal tapşırıqlarının yerinə  yetirilməsini təmin edir, məmulatların təyin olunmuş texnologiya ilə istehsalının saxlanılmasına, işin təşkilinə, məhsulun keyfiyyətli və ritmik buraxılışının təşkil olunmasına nəzarət edir.                   
• Sexdə olan avadanlıqların(sobaların və s.) növbə ərzində işini və yüklənməsini, istehsal hazırlıqlarını qrafik üzrə təşkil edir.
• Sexin enerji növbə ərzində resursları və materiallarla təmin olunmasına nəzarət edir.    
• Texnoloji proseslərin düzgün aparılmasına və avadanlıqlardan düzgün istifadə olunmasına nəzarət edir.
• Xammaldan, materiallardan, düzgün istifadə olunmasına nəzarət edir, istehsalın gedişinə mane olan əngəlləri aradan qaldırır.                        
• İstehsalatın planlaşdırılması işində, vaxt normalarının yaxşılaşdırılmasında, iş yerinin attestasiyası və müasirləşdirilməsində, əmək məhsuldarlığının yüksəldilməsi üçün metodların işlənilməsində yaxından iştirak edir.        
• Növbə ərzində istehsalat dayanmalarını analiz edir, boşdayanmaların  və məhsulun keyfiyyətini aşağı salan çatışmazlıqların aradan qaldırılmasında iştirak edir .             
• Məhsulun iş yerlərində  operativ hesabatını və istehsalat tapşırıqlarının yerinə yetirilməsini təşkil edir.         
• İşçilərin əməyin mühafizəsi qaydalarına və sanitariya normalarına əməl etməsinə nəzarət edir və bu qaydaları pozanlara qarşı tədbir görmək üçün sex rəhbəri qarşısında vəsadət qaldırır .     
• Sahələrin işinə nəzarət edir və əlaqələndirir.
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir. 
• Avadanlıqların işinin yaxşılaşdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir.   
• Avadanlıqların boşdayanmalarının, tez xarab olmasının, qəzaların səbəblərinin araşdırılmasında iştirak edir.           
• Təmir işləri aparılan zonanın hasarlanmasına və həmin sahəyə kənar şəxslərin girişinin məhdudlaşdırılmasına  nəzarət edir.       
• İş alətləri və avadanlıqlardan, iş geyimləri və FMV-dən səliqəli və səmərəli istifadə edilməsinə nəzarət edir.         
• Mal və materiallardan səmərəli istifadə olunmasını təşkil edir.
• Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinə məlumat verir.
• Rəhbərlik etdiyi növbədə  dövlət, beynəlxalq və digər standartlara və texniki tələblərə cavab verməyən məhsul istehsalının qarşısını almaq.
• İstehsal olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması barədə təkliflər vermək.
• Sexdə istehsal qurğularının iş prinsipini,texnoloji sxemi, texnoloji rejim normalarını,avadanlıqların və qurğuların təhlükəsiz istismar qaydalarını bilmək və ona riayət etmək.        
• Növbədə baş vermiş qəzaların, bədbəxt hadisələrin, istehsalat zədələnmələrinin səbəbini araşdırmaqda, onların qarşısının alınması üçün müvafiq tədbirlər görülməsində iştirak etmək. 
• İşçilərlə iş yerində texniki təhlükəsizliyə və yanğın təhlükəsizliyinə dair müvafiq təlimatların keçirilməsini təmin edir.
• İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək və istehsalat intizamını  pozanların cəzalandırılması haqqında təkliflər verir.

Təhsil/Təcrübə:

• Ali texniki təhsil;
• Analoji sahədə 5 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas sayılan qanunvericilik  və    Müəssisənin normativ sənədlərinin tələblərini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında; 
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə; 
• E-mail: 
[email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276