VAKANSİYA

PRONET Prospect ERP işçi axtarır
14 MART
1273

PRONET Prospect ERP işçi axtarır

2018-03-14 20:30:00

Azərbaycanın İT bazarında 15 ildir ciddi mövqeyə sahib olan PRONET Prospect ERP şirkəti  hər bir əməkdaşın dəyərini bilən və sadiq əməkdaşlar axtaran bir şirkət kimi işinə sevgi ilə yanaşan və şirkətə öz töhvəsini verməyə hazır olan Digital Marketinq Meneceri  axtarışındadır.

Tələblər:

  • Ali təhsil və müvafiq sahədə ən az 2 il iş təcrübəsi;

  • Yaş həddi: 23-30;

  • Azərbaycan və rus dilləri üzrə mükəmməl danışmaq və yazmaq bacarığı (ingilis dilini bilənlərə üstünlük verilir);

  • Google Adwords, Google Tag Manager, Facebook Ads Manager, Google Analytics, Yandex Metrica  ilə işləmək və nəticələri ölçmək bacarığı;

  • SMM, internet saytlarda reklam yerləşdirmək, email marketinq və SEO təcrübəsi;

  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;

  • Dizayner və kopirayterlə birgə işləmək, onları anlamaq bacarığı.

Öhdəliklər:

  • Mobil reklam strategiyasını yaratmaq, büdcə hazırlamaq, kanal və vendorlar haqqında araşdırmalar aparmaq;

  • Adwords, Facebook, saytlar, video platformaları, auditoriya satınalma platformaları, reklam şəbəkələri, sosial kanallar üzrə reklam kampaniyalarını qurmaq, idarə etmək, optimallaşdırmaq, hesabat vermək;

  • Reklam əməliyyatları: reklam trafiki və taqları düzgün quraşdırmaq;

  • Reklam bannerləri, video reklamlar, sayt və sosial kanallar daxil olmaqla, reklam hazırlamaq üçün yaradıcı komanda ilə işləmək;

  • Görülmüş işlərin nəticələrini analiz etmək və növbəti addımlar üçün qərarlar qəbul etmək.

İstəklər:

  • daim öyrənmək və inkişaf etməyə meyilli olmalı;

  • stressə davamlı, yüksək ünsiyyət və komandada işləmək bacarığına sahib olmalı;

  • kreativ, yaradıcı və təşəbbüskar olmalı;

  • yüksək işgüzarlıq qabiliyyəti və hədəfli olmalı;

  • texniki biliyi və avtomatlaşdırma sistemləri təcrübəsi olanlara üstünlük verilir.

İş şəraiti:

  • 6 günlük iş qrafiki, şənbə - qısa iş günü;

  • İstirahət günü: bazar;

  • Nahar şirkət tərəfindən ödənilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə müvafiq vakansiya adını yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255