VAKANSİYA

AFB Bank işçi axtarır – VAKANSİYA
10 MART
1709

AFB Bank işçi axtarır – VAKANSİYA

2018-03-10 21:00:00

AFB Bank İnsan resursları departamentində işə qəbul üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Vəzifə: İnsan resursları departamenti - işə qəbul üzrə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsili;

• Azərbaycan, İngilis və Rus dillərini mükəmməl səviyyədə bilmək;

• 1 ildən 3 ilə qədər müvafiq sahədə minimum iş təcrübəsi;

• MS office proqramlarını əla səviyyədə bilmək;

• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmaq.

İŞİN TƏSVİRİ:

• Yaranan vakansiyaların bankdaxili və bankxarici elanlarını hazırlamaq və yerləşdirmək;

• Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədlərə məlumat vermək;

• Bankın işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;

• İşəqəbul hesabatlarını hazırlamaq;

• Daxil olan CV-lərin qeydiyyatını aparmaq və daim namizədlər bazasını yeniləmək;

• İşəqəbul testlərini həyata keçirtmək;

• Əmək yarmarkaları və digər işə qəbul layihələrində iştirak etmək;

• Yeni işçilərin rəsmi qeydiyyatını aparmaq və sınaq müddətlərini izləmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İşə qəbul üzrə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272