VAKANSİYA

“Kapital Bank” işçi axtarır – VAKANSİYA
08 MART
1947

“Kapital Bank” işçi axtarır – VAKANSİYA

2018-03-08 22:00:00

Kapital Bank namizədləri İnsan Resurslarının İdarə edilməsi Departamentində Layihə Meneceri vəzifəsinə müraciət etməkləpeşəkar komandanın üzvü olmağa dəvət edir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Öhdəliklər

  • Proseslərin qiymətləndirilməsi və inkişaf etdirilməsi daxil olmaqla İnsan Resurslarının İdarə Edilməsi üzrə layihə planlarının hazırlanması, yenilənməsi, koordinasiya və idarə edilməsi;

  • İnsan Resurslarının İdarə edilməsi üzrə layihə qrupunun toplanılması, rolların müəyyənləşdirilməsi, tapşırıqların prioritetləşdirilməsi, nəticələrin təhlili, dəyişikliklərin test edilməsi, müvafiq həll yolları üçün təklif və qərarların verilməsi, nəticələrin aidiyyatı strukturlarla bölüşülməsi;

  • Layihələrin idarə edilməsi istiqamətində tövsiyyə olunan proses dəyişiklikləri ilə bağlı heyət üzvləri və funksional rəhbərlərləəməkdaşlığın qurulması;

  • Dəyişikliklərin idarə olunması və kommunikasiyası istiqamətində əməkdaşlığın qurulması;

  • Uğurlu təcrübənin təminatı kimi bilik, proses və texnologiyanın optimal şəkildə tətbiq edilməsi üçün tövsiyyələrin verilməsi.

Tələblər

  • Ali  təhsil;

  • İnsan Resurslarının İdarə edilməsi üzrə geniş iş təcrübəsi;

  • Əla ünsiyyət bacarıqları;

  • Azərbaycan, rus və ingilis dillərində səlis ünsiyyət bacarığı;

  • İstedadların İdarə Olunması, Fəaliyyətin Qiymətləndirilməsi və s. üzrə təcrübə arzuolunandır;

  • Layihələrin idarə edilməsi üzrə təcrübə arzuolunandır.

CV-lərinizi, mövzu hissəsində Layihə Meneceri qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272