VAKANSİYA

Azərbaycan Sənaye Korporasiyası işçi axtarır – VAKANSİYA
23 FEVRAL
2761

Azərbaycan Sənaye Korporasiyası işçi axtarır – VAKANSİYA

2018-02-23 22:00:00

Azərbaycan Sənaye Korporasiyası  Satınalma və təchizat şöbəsi üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır.

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil-Hüquq, Menecment, Biznesin idarəedilməsi
• İş təcrübəsi – ən azı 3 il
• Dil bilikləri- azərbaycan dili (əla), rus və ingilis dillərinin bilməsi üstünlük təşkil edir.
• Qeyd olunan sahə üzrə daim elmi biliklərin artırılması həvəsi.

Əsas vəzifə öhdəlikləri:

• “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cəmiyyətin və onun balansında olan müəssisələrin ehtiyacları üçün zəruri olan malların, işlərin (xidmətlərin) satın alınması ilə bağlı tender komissiyasının işini təşkil etmək, o cümlədən komissiyanın qərarına əsasən dəvət məktublarını tərtib etmək, malgöndərənlərə (podratçılara) dəvət məktubları göndərmək, keçirilən tenderlə bağlı malgöndərənlərin (podratçıların) suallarına cavablandırmaq və ya sualları aidiyyəti şəxslərə çatdırmaq;
• Tenderin Əsas Şərtlər Toplusunun, kotirovka sorğusunun və təkliflər sorğusunun dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq tərtib olunması zamanı satınalma predmetinə aid texniki şərtləri aidiyyəti şöbələrdən əldə etmək və onları müvafiq şərtlər toplusuna daxil etmək;
• Daxil olmuş tender təkliflərinin, ofertaların və kotirovkaların qeydiyyatını aparmaq, onların aidiyyəti üzrə saxlanılmasını təşkil etmək;
• Keçirilmiş satınalmaların yekunlarına dair tender komissiyasının yekun protokolunu tərtib etmək və müvafiq qaydada Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə göndərilməsini təmin etmək;
• Keçirilmiş satınalmaların nəticələrinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesabat tərtib etmək;
• Satınalamalara dair sənədlər toplusunun hazırlanmasını və saxlanılmasını təmin etmək

İş şəraiti:

İş qrafiki: l-V ; İstirahət günləri: şənbə və bazar

Müraciət üçün:

Telefon:  (+994012) 5059512
CV (resume) – lər  
[email protected] ünvanına göndərilməlidir.
Email göndərərkən Mövzu (Subject) hissəsində müraciət olunan vakansiya mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq.

Zəhmət olmasa qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər. 

Sənədlərin son qəbul tarixi: 30.03.2018

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256