VAKANSİYA

AFB Bank işçilər axtarır – VAKANSİYA
23 FEVRAL
1476

AFB Bank işçilər axtarır – VAKANSİYA

2018-02-23 20:30:00

AFB Bank Risklərin idarə edilməsi departamentində risklərin təhlili şöbəsinin rəisi və R   Risklərin idarə edilməsi departamentində uyğunluq şöbəsinin mütəxəssisi(AML) vakansiyası elan edir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Vəzifə: Risklərin idarə edilməsi departamentində risklərin təhlili şöbəsinin rəisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsili;

• Risklərin idarə olunması, maliyyə, audit/mühasibatlıq üzrə minimum 3 il iş təcrübəsi;

• MS Office, o cümlədən MS Excel-dən təkmil istifadə bacarığı;

• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;

• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;

• Təşəbbüskarlıq, kollektivdə çalışma, idarə etmə təcrübəsi;

• Xaricdə təhsil almış, o cümlədən FRM, PRM və CFA sertifikat sahibləri (imtahanlar üzrə mərhələ keçənlərə üstünlük veriləcək).

İŞİN TƏSVİRİ:

• Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi;

• Kredit, bazar və əməliyyat risklərinin idarə edilməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;

• Risk menecment alətlərinin generasiyası və tətbiq edilməsi;

• Risk modellərinin qurulması və yenilənməsi;

• Bankdaxili prosedurların qiymətləndirilməsi və təkmilləşdirilməsini təklif etmək;

• Stress-testlərin keçirilməsi və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planının hazırlanması;

• Şöbənin iş koordinasiyası.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin təhlili şöbəsinin rəisi” qeydi edərək cv@afb.azelektron ünvanına göndərməyinizi xahiş edirik.

   Risklərin idarə edilməsi departamentində uyğunluq şöbəsinin mütəxəssisi(AML)

Vəzifə: Risklərin idarə edilməsi departamentində çirkli pulların yuyulması şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali iqtisadi təhsil;

• PL/TMM ilə mübarizə sahəsində iş təcrübəsi arzu olunandır;

• Dərin analitik bacarıqları, böyük baza ilə işləmək qabiliyyəti;

• Bank qanunvericiliyi, PL/TMM üzrə milli qanunvericilik, beynəlxalq standartlar və tələbləri yüksək səviyyədə mənimsəmək qabiliyyəti;

• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;

• Dərin MS Office – Excel bilikləri, xml formatında hesabatların tərtibi bacarığı;

• Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

• MMX-ya göndərilən hesabatların hazırlanması;

• Gündəlik və dövrü olaraq müştəri əməliyyatlarını monitorinq edib şübhəli və qeyri-adi əməliyyatların aşkarlanması və onların təhlil edilməsi;

• Nəzarət orqanlarından və müxbir banklardan daxil olan sorğuların cavablandırılması;

• Bankın və nəzarət tənzimləyici orqanlarının tələblərinə əsasən hesabatların hazırlanması, təhlil və təqdim edilməsi;

• Bankın şöbələri və filiallarından alınan şübhəli və qeyri-adi əməliyyatlar barədə məlumatların araşdırılması və təhlilin həyata keçirilməsi;

• FATCA və CRS üzrə hesabatların hazırlanması.

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Uyğunluq şöbəsinin mütəxəssisi(AML)” qeydi edərəkcv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273