VAKANSİYA

“Bakcell” işçi axtarır – VAKANSİYA
20 FEVRAL
3965

“Bakcell” işçi axtarır – VAKANSİYA

2018-02-20 22:00:00

Bakcell” satışın inkişaf etdirilməsi və yeni satış kanalları üzrə ekspert vəzifəsinə işçi axtarır.

Vakansiya haqqında

Departament : Satış
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 27.02.2018

Sizin əsas vəzifə öhdəlikləriniz

*Layihələrin idarə olunması sistemini təkmilləşdirmək və araşdırmalar aparmaq
*Əməliyyat proseslərinin dayanıqlılığını təmin etmək üçün mürəkkəb biznes tələblərini yerinə yetirmək 
*Elektron ödənişlər strategiyasını təkmilləşdirmək 
*Ödənişlərin idarə edilməsi və onlara nəzarət strategiyasını inkişaf etdirmək və həyata keçirmək
*Avtomatlaşdırılmış ödəmə üsullarından istifadəni təkmilləşdirmək və optimallaşdırmaq
*Mümkün sahələrdə ödəniş proseslərinin avtomatlaşdırılması üçün müvafiq imkanları müəyyən etmək
*Təchizatçılara olan ödəniş prosesini təkmilləşdirmək və idarə etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Ali təhsil (Maliyyə və ya Biznesin  İdarə edilməsi  üzrə təhsil üstünlük hesab olunur)
*Satış sahəsində 2-3 il iş təcrübəsi (Maliyyə sahəsində təcrübə üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Komanda işi və Əməkdaşlıq
*Ünsiyyət qurma bacarığı
*Qərar qəbul etmə bacarığı
*Danışıqlar apara bilmək qabiliyyəti
*Nəticə yönümlü
*Davamlı təkmilləşmə
*Azərbaycan (səlis), Rus (səlis) və İngilis (yaxşı) dillərini bilmək
*MS Office Proqramlarını bilmək

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “
Satışın inkişaf etdirilməsi və yeni satış kanalları üzrə ekspert” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255