VAKANSİYA

“Gilan Holdinq” işçi axtarır – VAKANSİYA
20 FEVRAL
4058

“Gilan Holdinq” işçi axtarır – VAKANSİYA

2018-02-20 21:30:00

Gilan Retail Group MMC daşınmaz əmlak üzrə satış agenti vəzifəsinə işçi axtarır.

İş rejimi: Tam
Tələb olunan iş stajı: 1-3 il
İş yeri: Azərbaycan / Bakı
Təhsil: Bakalavr

İşin Təsviri:

• Əmlakın əlverişli şərtlər əsasında münasib qiymətə satılması və alınması üzrə satıcı və alıcılara rəhbərlik və köməklik etmək;
• Müştərilərin tələblərinin və onlara uyğun həllər təklif etmək üçün maliyyə imkanlarının müəyyənləşdirilməsi;
• Danışıqlar prosesində vasitəçi olmaq, bazar şərtləri, qiymətlər, ipotekalar, hüquqi tələblər və müvafiq məsələlər üzrə müştərilərə məsləhətlər vermək, düzgün işi təmin etmək;
• Əmlakların dəyərini təyin etmək üçün müqayisəli bazar analizinin aparılması;
• Daşınmaz əmlakın potensial alıcılara göstərilməsi və satılması;
• Lazımi sənədlərin hazırlanması (müqavilələr, icarə müqavilələri, aktlar, yazılı hesabatlar və s.);
• Mövcud əmlakların siyahısının tutulması və yenilənməsi;
• Reklam, açıq evlər və siyahıdakı xidmətlər vasitəsilə satışın təşkil edilməsi;
• Daşınmaz əmlak bazarları və qabaqcıl təcrübələr haqqında məlumatlı olmaq.

Tələblər:

• Ali təhsil;
• Daşınmaz əmlak agenti və ya daşınmaz əmlak üzrə satış mütəxəssisi kimi rəsmi iş təcrübəsi;
• Satış üzrə uğurlu təcrübə ;
• Mükəmməl ünsiyyət bacarıqları ilə sərbəst işləmək bacarığı;
• Güclü satış, danışıqlar aparmaq və ünsiyyət bacarıqları;
• Xoşagələn və etibarlı;
• Azərbaycan, ingilis və rus dillərini həm yazılı, həm şifahi formada səlis bilmək;
• Mükəmməl kompüter bilikləri (MS Word, Excel, Internet və s.).

Müraciət etmək üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur: http://hr.gilanholding.com/v/3870#

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258