VAKANSİYA

“Beynəlxalq Bank” işçi axtarır – VAKANSİYA
14 FEVRAL
2538

“Beynəlxalq Bank” işçi axtarır – VAKANSİYA

2018-02-14 21:32:00

ABB” ASC  Kiçik və Orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi üzrə Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis vakansiyaları elan edir.

Vəzifə öhdəlikləri:

- Kiçik və orta sahibkarlıq kateqoriyasına aid müştərilərin kredit sifarişlərinin qəbul edilməsi və təhlili;
- Eyni kateqoriyaya aid yeni müştərilərin cəlb edilməsi;
- Müştərilərin biznesləri ilə tanışlıq məqsədi ilə biznes ünvanlarına səfər etmək;
- Eyni kateqoriyaya aid kredit portfelinin idarə edilməsi.

Vakant vəzifə üzrə tələblər:

Ali iqtisadi təhsil;
- Yüksək ünsiyyətqurma qabiliyyəti; 
- Maliyyə təhlili və bank qanunvericiliyi ilə bağlı biliklərin olması; 
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Əla səviyyədə Rus və İngilis dili biliyinin olması arzuolunandır.

Bu iş sizə nələri qazandıracaq:

- regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
- Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01 Mart 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kiçik və Orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi üzrə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254