VAKANSİYA

“Mətanət A” işçi axtarır – VAKANSİYA
13 FEVRAL
2588

“Mətanət A” işçi axtarır – VAKANSİYA

2018-02-13 22:00:00

Mətanət A” şirkəti İstehsal avadanlıqları üzrə mexanik vakansiyanı elan edir

İşin təsviri:

  • Müəssisədə olan mexaniki  avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək; 

  • Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək; 

  • İstehsal qurğu  və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək; 

  • Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;

  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək; 

  • Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək; 

  • Yeni avadanlıqların, qurğuların  quraşdırılması və yeni texnikaların mənimsənilməsi; 

  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi; 

  • Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq 

Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər:

  1. Ali təhsilli (texniki)

  2. Ailəli

  3. Yaş həddi 28-40

  4. Bakı şəhər sakini

  5. Layihə oxumağı bacaran

  6. Ofis proqramlarını bilən (Autocad arzuolunandır)

  7. Rus dilini bilən

  8. Orta səviyyədə ingilis dilini bilən (texniki terminlər v.s.)

  9. Mexaniki və texniki sahədə minimum 1 il iş təcrübəsi olan

  10. Ciddi və komandada işləmə bacarığı olan

Şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyətli;

  • Ünsiyyət yaratmaq bacarıqlı;

  • Fəal olması;

  • İşə planlı yanaşması.

Qeyd

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

  • Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257