VAKANSİYA

“Holcim (Azerbaijan)” işçi axtarır – VAKANSİYA
13 FEVRAL
1876

“Holcim (Azerbaijan)” işçi axtarır – VAKANSİYA

2018-02-13 21:00:00

Holcim (Azerbaijan)” İri müştərilərlə iş üzrə Menecer vəzifəsinə işçi axtarır.

Missiya:

Tikinti sənayesində problemlərin həlli yolunu göstərən bir şirkət kimi  yerini möhkəmləndirmək və şirkəti müştəri üçün üstünlük veriləcək partnor  səviyəsinə qaldırmaq.

Mühüm vəzifələr:

• Komanda arasında ƏMTT mədəniyyətini aşılamaq və ƏMTT qaydalarına əməl olunmasında fəal dəstək olmaq
• Davranış Kodeksinə əməl etmək
• Əsas müştərilərlə uzun müddətli  strateji əməkdaşlıq yaratmaq, onların rəqibə çevrilməsinə şərait yaratmamaq
• Şirkətin öhdəliklərinə nail olmaq  üçün strateji planların hazırlanması və  tətbiqi

Öhdəliklər:

• Satış və marketinq üçün maksimum imkanlar və hər iki tərəf üçün  dəyər verən strateji planlar hazırlamaq
• Strateji planların monitorinqini aparmaq və uğurları, riskləri və imkanları qiymətləndirərək planlar hazırlamaq.
• Davamlı olaraq müştərilərin ehtiyacları ilə maraqlanmaq və  onları həll etməyə çalışmaq
• Müştərilərin ehtiyaclarını düzgün istiqamətləndirmək məqsədilə digər şöbələrlə əməkdaşlıq etmək
• Əsas müştərilərlə daxili komanda arasında ünsiyyət yaratmaq
• Müştərilərin fəaliyyəti, məqsədləri, haqqında hesabatlar hazırlayıb təqdim etmək və rüblük əsasda həmin hesabatları komanda, maraqlı tərəflərlə bölüşmək, və imkan olduqda  nümunə kimi  şirkətin təlimlərində istifadə etmək
• Şirkətin strategiyası (satış həcmi, qiymətlər, təmiz satış vəs)  çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə səy göstərmək .

Tələb olunan keyfiyyətlər:

• Tikinti və tikinti materialları sahəsində Ali təhsil
• Satış, idarəçilik, əsas müştərilərin idarəolunması və ya digər müvafiq sahələrdə 3-4 il iş təcrübəsi
• Müştərilərin ehtiyaclarını görə bilmək və onların təcrübi olaraq həyata keçməsinə nail olmaq
• Yüksək inkişaf etmiş social, insanlarala ünsiyyət yaratmaq qabiliyyəti
• Vaxt intizamı və  təzyiq altında  işləmək bacarığı
• Təkliflər yazmaq,  layihəyə rəhbərlik etmək və  analitik bacarığa malik olmaq 
• Müştərilərə yüksək səviyyədə təklifləri irəli sürmək bacarığı 
• Aydın şəkildə qoyulmuş satış hədfələrinin həyata keçirilməsi istiqamətində  sərbəst işləmək
• Danışıq və problemləri həll etmək qabiliyyəti.

Müraciət proseduru:

Maraqlananlar CV-lərini mövzu  bölməsində “İri müştərilərlə iş üzrə menecer” yazmaqla [email protected] ünvanında, yerləşdirə bilərlər.

Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və  hamıya bərabər imkan yaradılacaqdır. 
CV-lərin son qəbul tarixi: 16 mart  2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301