VAKANSİYA

AFB Bank işçilər axtarır – VAKANSİYA
12 FEVRAL
1582

AFB Bank işçilər axtarır – VAKANSİYA

2018-02-12 21:30:00

AFB Bank Satışların idarə olunması departamentin kredit şöbəsinə baş mütəxəssis, məlumat mərkəzinin mütəxəssisi və korporativ müştəri xidmətində baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Satışların idarə olunması departamentinin kredit şöbəsində baş mütəxəssis 
İş 
qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

ÜnvanBakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

• MBNP-nin, Mərkəzi Bankın bu sahəyə aid olan qayda və normativlərini bilmək;

• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;

• Maliyyə və kredit analizi bilikləri;

• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;

• Ofis proqramlarından mükəmməl istifadə bacarığı.

İŞİN TƏSVİRİ:

• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq;

• Korporativ kreditlər üzrə qaydaların təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmək;

• Mövcud müştəri bazasının təhlilini həyata keçirmək;

• Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit şöbəsinin baş mütəxəssisi” qeydi edərək[email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Məlumat mərkəzinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;

• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

• Yaş həddi 22-30;

• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır); 

• Ofis proqramları ilə işləmək bacarığı;

• Bank və bank məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

• Ünsiyyətcil;

• Komandada işləmək bacarığı;

• Müştərilərlə işləmək qabiliyyəti;

• Stressə davamlılıq;

• Yüksək nitq mədəniyyətinə sahib olmaq;

• Sahəyə aid olan qayda və normativləri bilmək;

• Müştərilərlə ünsiyyət qurmaq bacarığı.

 İŞİN TƏSVİRİ:

• Daxil olan zənglərə cavab vermək;

• Müştəriləri bank məhsulları haqqında məlumatlandırmaq;

• Müştərilərə onların hesablarının vəziyyəti haqqında məlumat vermək;

• Müştərilərlə əlaqə saxlamaq;

• Satış yönümlü müraciətlərin cavablandırılması və yönləndirilməsi;

• Online konsultasiyada müxtəlif kanallardan gələn müraciətləri cavablandırmaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Məlumat mərkəzinin mütəxəssisi” qeydi edərək[email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.

Korporativ müştəri xidmətində baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

• Sahəyə aid olan qayda və normativləri bilmək;

• Yaxşı ünsiyyət bacarıqları;

• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;

• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

• Komandada işləmək bacarığı.

 İŞİN TƏSVİRİ:

• Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq;

• Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;

• Korporativ müştərilərə Bank xidmətlərini təklif etmək;

• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq;

• Cari müştərilərə çarpaz satışların həyata keçirilməsini təşkil etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ müştəri xidmətində baş mütəxəssis”qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254