VAKANSİYA

“Avtolüks Azərbaycan” işçi axtarır – VAKANSİYA
12 FEVRAL
1447

“Avtolüks Azərbaycan” işçi axtarır – VAKANSİYA

2018-02-12 20:30:00

Avtolüks Azərbaycan” üçün Satış Müdiri (Avto satış üzrə) tələb olunur.

İş vaxtı qrafik üzrə müəyyən olunur.

Namizədə olan tələblər:

1. 5 il müvafiq sahədə iş təcrübəsi ;
2. Ali təhsil;
3. Rus-dili biliyi ;
4. İngilis-dili biliyi;
5. Yaş həddi 22-35 ;

Vəzifə öhdəlikləri:

1. Şirkətin satış planına uyğun olaraq tələblərinə cavab vermək üçün işçilər arasında iş bölgüsü aparmaq, iş qrafiklərini və ya işçilərin iş rejimini planlaşdırmaq;
2. İş vaxtının səmərəli istifadəsi məqsədi ilə iş yerində işçi heyəti və ya stajçılar üçün təhsil sisteminin tətbiqi və onların inkişafını planlaşdırmaq;
3. İşçiləri iş planı barədə məlumatlandırmaq və satış planlarının icrası məqsədi ilə onların işini təşkil etmək;
4. Nümayış salonlarında SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) normalarına riayət olunmasını təmin etmək;
5. Tabeçilikdə olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərə xidmətə nəzarət etmək;
6. Tabeçilikdə olan işçilərin işini təhlil etmək, onların peşəkar imkanlarının qarşıya qoyulan məqsəd və tapşırıqlara uyğunluq səviyyəsini müəyyən etmək;
7. Satış departamentinə yeni işçilərin seçilməsində, işə götürülməsində, təlimlərin təşkil edilməsində, qiymətləndirilməsində iştirak etmək və məsləhətlər vermək;
8. Satış departamentinin yeni işçiləri üçün adaptasiya planı hazırlamaq və onun icrasına nəzarət etmək;
9. Şirkətin qəbul etdiyi formada büdcə hesabatlarının hazırlanmasına nəzarət etmək və büdcəni idarə etmək;
10. İşçilərin yeni avtomobil modelləri barədə biliklərini müntəzəm olaraq yeniləmək;
11. İşçilərin müvafiq geyim normalarına riayət etmələrinə nəzarət emtək;
12. İşçilərin attestasiyasının keçirilməsində iştirak etmək;
13. İşçilərin məzuniyyət qrafiklərini tərtib etmək və aidiyyəti şəxslərlə razılaşdırmaq;
14. Əmək qanunvericiliyinə əsasən və təyin edilmiş qaydada həvəsləndirmə tədbirləri həyata keçirmək;
15. Qüvvədə olan əmək haqqı formaları və sistemlərinə müvafiq olaraq işçilərin mükafatlandırılmasını təmin etmək;
16. Şirkətin satış və marketinq fəaliyyətini idarə etmək;
17. Müştərilər gəlməyən vaxtlarda məhsullar, satış texnikası, kommunikasiya bacarıqları və s. sahəsində əməkdaşların biliklərinin monitorinqini həyata keçirmək;
18. Avtomobil modellərin sifarişində iştirak etmək, qəbul olunma prosesini təşkil etmək, malı qəbul etmək və qaimələri imzalamaq (və ya hesabat aparmaq);
19. Malı müşayiət edən sənədin (sertifikat, pasport) olub olmadığını və etibarlılıq müddətini yoxlamaq, çatışmazlıqlar aşkar olunduqda aidiyyəti şəxslərə məlumat vermək;
20. İllik satış planının hazırlanmasında iştirak etmək və həyata keçirmək;
21. İllik satış və təşviqat proqramı hazırlamaq;
22. Satışın və xalis gəlirin həcmini maksimum səviyyədə artırmaq məqsədi ilə gündəlik satış və xərclər barədə məlumatları təhlil etmək, digər zəruri maliyyə təhlilləri aparmaq;

Email: [email protected]

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258