VAKANSİYA

AFB Bank işçi axtarır – VAKANSİYA
09 FEVRAL
1842

AFB Bank işçi axtarır – VAKANSİYA

2018-02-09 22:00:00

AFB Bank Əməliyyat bölməsinin baş əməliyyatçısı vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Əməliyyat bölməsinin baş əməliyyatçısı

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

• Sahəyə aid olan qayda və normativləri bilmək;

• Ünsiyyət qurmaq bacarıqları;

• Azərbaycan və Rus dillərini səlis danışmaq bacarığı, İngilis dili bilənlərə üstünlük verilir;

• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

• Komandada işləmək bacarığı.

 İŞİN TƏSVİRİ:

• Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;

• Müştərilər üçün hesablar açmaq, müqavilələr hazırlamaq;

• Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq;

• Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təşkil etmək;

• Bankda mövcud olan pul köçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;

• Müştərilərə POS-Terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyat bölməsinin baş əməliyyatçısı” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259