VAKANSİYA

“Xalq Bank” işçi axtarır – VAKANSİYA
06 FEVRAL
1999

“Xalq Bank” işçi axtarır – VAKANSİYA

2018-02-06 22:00:00

Xalq Bank” “Siyəzən” filialının kassiri vəzifəsinə işçi axtarır.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Siyəzən

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; 
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti; 
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri;

İŞİN TƏSVİRİ:

• Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;
• Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
• Nağd vəsaitlərin çeşidlənməsi;
• Bankomatların yüklənilməsi və boşaldılması.

QEYD:

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:    [email protected] 
Telefon:  (012) 404 43 39
Faks:     (012) 404 43 34

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300