VAKANSİYA

“PAŞA Həyat” işçi axtarır – VAKANSİYA
13 YANVAR
4247

“PAŞA Həyat” işçi axtarır – VAKANSİYA

2018-01-13 22:00:00

PAŞA Həyat” strategiya və investisiya departamenti daxili kommunikasiya üzrə baş mütəxəssis vəzifəsinə işçi axtarır.

Struktur bölmə: Strategiya və investisiya Departamenti

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Vəzifə: Daxili kommunikasiya üzrə baş mütəxəssis

Son müraciət tarixi:  21 yanvar 2018-ci il

İş saatları (iş rejimi): 09:00-18:00

Vəzifənin öhdəlikləri:

1. Daxili kommunikasiya və Korporativ Ünsiyyət Strategiyasının siyasətini işləyib hazırlamaq və icra etmək;
2. Cəmiyyətin Strategiyasının icrasını dəstəkləmək;
3. Cəmiyyət üçün strateji ünsiyyət planını hazırlamaq və müəyyən edilmiş vaxt çərçivəsində planı icra etmək;
4. Daxili kommunikasiya layihələrinin hazırlanmasını, büdcələnməsini, layihənin effektivliyinin analiz edilməsini və arxivləşdirilməsini həyata keçirmək;
5. Korporativ kommunikasiya vasitəsilə əməkdaşlara məlumatların təqdim edilməsinin alət, mexanizm və kanalların yaradılması üzrə işləri icra etmək;
6. İnkişaf, təşkilatçılıq, strategiya daxil olmaqla ünsiyyətin bütün aspektlərində təşkilati kommunikasiyanı təmin etmək üsüllarının təkmilləşdirilməsi üzrə təkliflər vermək;
7. Təşəbbüsləri və layihələri işçilərə və maraqlı tərəflərə uğurla çatdırılmasını təmin etmək;
8. Ünsiyyətin keyfiyyətini artırmaq üçün müntəzəm təlimlər həyata keçirmək;
9. İnformativ xarakterli korporativ iclas və tədbirləri təşkil etmək;
10. Korporativ strategiyanın tətbiqinin intranet portal  vasitəsilə icrasına nəzarət etmək;
11. Kommunikasiya planına əsasən hesabat hazır edib, təqdim etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməlidir.
Kompüter bilikləri: MS Office.
Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası: CV-lər 
“Daxili kommunikasiya” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300