VAKANSİYA

“Mətanət A” işçi axtarır – VAKANSİYA
12 YANVAR
2223

“Mətanət A” işçi axtarır – VAKANSİYA

2018-01-12 21:00:00

Mətanət A” şirkəti Kommersiya satınalma şöbəsinə müdir vakansiyanı elan edir

İşin təsviri:

  • Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;

  • Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;

  • İstehsalçı fabrikalardan qiymətlərin alınması, maliyyətinin çıxarılması;

  • Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;

  • Alınan malların keyfiyyətinə nəzarət.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;

  • İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

  • Razılaşma yolu ilə:

Tələblər:

  • Təhsil: Ali (bakalavr);

  • Yaş həddi: 30-50;

  • Kompüter biliyi: MS Office  (Word, Excel);

  • Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;

  • 5 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

  • Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olan,  beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);

  • Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;

  • Satınalma sənədlərini hazırlama qabiliyyəti;

  • Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;

  • Gömrüklə işləmə təcrübəsi;

  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;

  • Xarici və daxili ezamiyyətlərə getmə imkanı;

  • Sistemli idarə etmə bacarığı;

  • Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;

  • Mükəmməl strateji planlama bacarıqları;

  • Çətin məsələlər zamanı özünü idarə etmə və davamlı inkişaf yollarını axtarma qabiliyyəti.

Qeyd

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

- CV-ləri [email protected] ünvanına göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254