VAKANSİYA

“Beynəlxaql Bank” işçi axtarır – VAKANSİYA
10 YANVAR
3796

“Beynəlxaql Bank” işçi axtarır – VAKANSİYA

2018-01-10 21:30:00

ABB” ASC Daxili Audit Departamentinə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

Avtomatlaşdırılmış əməliyyat sistemi vasitəsilə əməliyyatların monitorinqlərinin aparılması;
- Maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
- Daxili nəzarət sisteminin adekvatlığının, eləcə də fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
- Kompleks və tematik yoxlamaların (səyyar və ya kameral) aparılması; 
- Bank əməkdaşları və müştərilər ilə görüşlərin təşkili;
- Əldə edilmiş məlumatlar və aşkarlanmış nöqsanların yazılı şəkildə təsvir edilməsi; 
- Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi.
Davranış səriştələri:
- Müstəqillik, tərəfsizlik, məxfilik, qətiyyətlilik, liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlilik kimi fərdi keyfiyyətlərə sahib olmaq;
- Aanalitik təhlil və problemlərin həlli istiqamətində yaradıcı fikirlər irəli sürmək bacarığı;
- Vaxtın səmərəli idarəedilməsi;
- Təqdimat bacarığı.

Vakant vəzifə üzrə tələblər:

Ali iqtisadi və ya hüquqi təhsil və bank sistemində azı 2 illik iş stajı və ya ali təhsil və bank sistemində azı 4 illik iş stajı (Xarici təhsil və xüsusi beynəlxalq sertifikatları, eləcə də  audit, nəzarət, risklərin idarə olunması və mühasibatlıq üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir);
- Azərbaycan, Rus  və İngilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması;
- Ofis Proqramlarında sərbəst işləmək bacarığının olması;
- Uzunmüddətli ezamiyyətlərə getmək imkanı.

Bu iş sizə nələri qazandıracaq:

Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
- Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 yanvar 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Daxili Audit Departamentinə baş/aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259