VAKANSİYA

“Mətanət A” işçilər axtarır – VAKANSİYA
04 YANVAR
2416

“Mətanət A” işçilər axtarır – VAKANSİYA

2018-01-04 22:00:00

Mətanət A” şirkəti səyyar təchizatçı, istehsalat üzrə sex rəisi, istehsal avadanlıqları üzrə mexanikvakansiyaları elan edir.

Səyyar təchizatçı 

İşin təsviri:

  1. Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;

  2. Tikinti materialları, mal-material, ehtiyat hissələri, qida məhsullarının və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;

  3. Alınan malların keyfiyyətinə nəzarət.

Əmək haqqı

- Razılaşma yolu ilə

Tələblər:

  1. Təchizat sahəsində təcrübə (mühəndis biliyi olanlara, tikinti materiallarının xüsusiyyətlərini bilənlərə,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);

  2. Ali təhsil;

  3. Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı

  4. Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;

  5. Kompyüter biliyi;

  6. Xarici və daxili ezamiyyətlərə getmə imkanı.

  7. Şəxsi avtomobilin olması

Qeyd

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

- CV-ləri [email protected] ünvanına göndərin.

İstehsal avadanlıqları üzrə mexanik

İşin təsviri:

  • Müəssisədə olan mexaniki  avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək; 

  • Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək; 

  • İstehsal qurğu  və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək; 

  • Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;

  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək; 

  • Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək; 

  • Yeni avadanlıqların, qurğuların  quraşdırılması və yeni texnikaların mənimsənilməsi; 

  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi; 

  • Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq 

Əmək haqqı:

Razılaşma yolu ilə

Tələblər:

  • Təhsil: Ali

  • Yaş həddi: 35-50

  • Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı

  • Dillər: Rus biliyi arzu olunandır

Şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyətli;

  • Ünsiyyət yaratmaq bacarıqlı;

  • Fəal olması;

  • İşə planlı yanaşması.

Qeyd

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

  • Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin

İstehsalat üzrə Sex Rəisi 

İşin təsviri:

  • Sex işçilərinə rəhbərlik edir;

  • Verilən tapşırıqlara əsasən iş bölgüsünü təşkil edir;

  •  Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;

  • Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik xidmətinə nəzarət;

  • İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına  riayət etmələrinə nəzarət;

  • Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmalı;

  • Məhsulun istehsalı və qablaşmasına daim ciddi nəzarət etməli;

  • Seçilmiş işçilərin mükafatlandırılması üzrə təkliflər vermək, istehsal və əmək intizamını pozanlara qarşı intizam tənbehi vermək.

Əmək haqqı:

  • Razılaşma yolu ilə

Tələblər:

  • Təhsil: Ali (bakalavr);

  • Yaş həddi: 30-50;

  • Kompüter biliyi: MS Office  (Word, Excel);1C;

  • Dillər: Azərbaycan dili;

  • İstehsalat sahəsində ən azından 5 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabliyyəti;

  • Ünsiyyət yaratmaq bacarığı;

  • İşə planlı yanaşması;

  • Fəal olması;

  • Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

  • Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301