VAKANSİYA

“PAŞA Holdinq” işçi axtarır – VAKANSİYA
01 YANVAR
5244

“PAŞA Holdinq” işçi axtarır – VAKANSİYA

2018-01-01 22:00:00

PAŞA Holdinq “Xarici kommunikasiyalar üzrə mütəxəssis” vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

• Mətbuat və ictimai məlumat sorğularını cavablandırmaq və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi; Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi; media məsələlərinin idarəsində dəstək göstərilməsi;
• Yeni məqalələrin mətnlərinin hazırlanması;
• Internet səhifənin məzmununun idarə edilməsi;
• İri media qurumları ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi;
• Ehtiyac yarandığı halda mətbuat konfranslarının, müsahibə və brifinqlərin təşkil edilməsində kömək göstərilməsi;
• Press-relizlər, təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla Şirkət daxilində kommunikasiya materiallarının hazırlanmasında dəstəyin göstərilməsi;
• Media siyahılarının yaradılması və idarə edilməsi;
• Bizneslə əlaqəli xəbərlərin və yeniliklərin öyrənilməsi üçün gündəlik olaraq mətbuatın araşdırılması; Mətbuatın ümumi monitorinqi;
• Şəkillər, video və digər məzmunlar da daxil olmaqla bütün PR və kommunikasiya aktivlərinin təşkil edilməsi və idarə olunması;
• Daxil olan mətbuat sorğularının və məlumat tələblərinin cavablandırılmasında yardım edilməsi;
• Korporativ təqdimatların hazırlanmasında dəstək göstərilməsi;
• İllik hesabatların hazırlanmasında dəstək göstərilməsi;
• Pres-relizlər, kommunikasiya planları, məlumat mübadiləsi üçün sənədlər, nitqlər,  sual-cavab sənədləri və s. də daxil olmaqla mətbuat materialları üçün müvafiq məzmunların yaradılması;
• Nitqlərin yazılması, brifinq sənədlərinin hazırlanması və Şirkətin səlahiyyətli nümayəndələri ilə müsahibələrin təşkil edilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Mükəmməl yazı, redaktə və korreksiya etmə bacarıqları vacibdir;
• Nəzərdə tutulmuş sosial media kanalları üçün müvafiq məzmunların vaxtlı vaxtında yaradılması və idarə edilməsi təcrübəsi;
• Şirkət tərəfindən maliyyələşdirilən tədbirlərin icrasına iştirak təcrübəsi;
• Jurnalistika, kommunikasiya və ya yaxın sahədə bakalavr diplomunun olması;
• Mətbuat, kommunikasiyalar və ya ictimai əlaqələr sahəsində müvafiq təcrübənin olması;
• İctimai tədbirlərin planlaşdırılması, əlaqələndirilməsi və icrası bacarığı;
• Güclü ünsiyyət və kommunikasiya bacarığı;
• Mükəmməl təşkilati, layihə və vaxtın idarəedilməsi və planlama bacarıqları;
• Mükəmməl azərbaycan və ingilis dillərində güclü ünsiyyət qurma bacarıqları (rus dili biliyi üstünlükdür);
• MS Office (Excel, PowerPoint, Word), Adobe Photoshop və ya  CorelDraw  proqramlarında sürətli işlmə bacarığı;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
 
• CV 
[email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “
Xarici kommunikasiyalar üzrə mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 31 yanvar, 2018-ci il tarixinə qədər göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301