VAKANSİYA

Kapital Bank işçi axtarır – VAKANSİYA
29 DEKABR 2017
2082

Kapital Bank işçi axtarır – VAKANSİYA

2017-12-29 21:00:00

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Riteyl Şöbəsində Mütəxəssis və Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • İstehlak kreditləri üzrə müraciətlərin təhlilini aparmaq;

  • İstehlak kreditləri üzrə qaydaların təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmək;

  • Mövcud müştəri bazasının təhlilini həyata keçirmək;

  • Pərakəndə satış üçün təklif olunmuş yeni bank məhsullarının təkmilləşdirilməsində iştirak etmək;

  • Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Tələblər:

  • İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;

  • Yüksək ünsiyyətqurma qabiliyyəti;

  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;

  • Mərkəzi Bankın normativ aktlarını bilmək;

  • Rus və İngilis dili biliklərinin olması arzuolunandır;

  • Bank qanunvericiliyi barədə biliklər;

  • Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi.

CV göndərmək üçün link: https://kapitalbank.az/career/Kredit-Anderraytinqi-Departame-71?hl=az

CV formanızı mövzu bölməsində “Kredit Anderraytinqi Departamentinin Riteyl şöbəsinin Mütəxəssisi, Baş mütəxəssisi ” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254