VAKANSİYA

“Rabitəbank” işçi axtarır – VAKANSİYA
27 DEKABR 2017
1319

“Rabitəbank” işçi axtarır – VAKANSİYA

2017-12-27 22:00:00

Rabitəbank” "İnsan Resursları departamenti”nin  İşə qəbul şöbəsinin rəisi" vəzifəsinə işçi axtarır.

Əsas vəzifələr:

  • İşçi ehtiyaclarını müəyyən etmək;

  • Vakant vəzifələr üzrə namizədlərin tapılmasını təmin etmək;

  • Seçilmiş namizədlər ilə müsahibələri təşkil etmək və aparmaq;

  • Yeni işçilərin adaptasiya prosesinin koordinasiyasını həyata keçirmək;

  • İşə qəbul zamanı istifadə edilən testlərin yaradılması və mütəmadi olaraq yenilənməsini təmin etmək;

  • Namizədlərin rezerv bazasının formalaşdırılmasını təmin etmək;

  • Namizədlərin banka cəlb edilməsi məqsədilə zəruri tədbirləri görmək (müxtəlif kadr yarmarkalarında iştirak etmək, ali təhsil müəssisələri ilə işləmək və s.);

Namizədlər üzrə irəli sürülən tələblər:

  • Ali təhsil (İRİE və ya psixologiya sahəsi üzrə arzuolunandır);

  • İşə qəbul sahəsində minimum 3 illik iş təcrübəsi (bank sahəsində iş təcrübəsinə üstünlük verilir);

  • Azərbaycan dilini səlis, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;

  • MS Word, Excel, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı;

  • Bank sahəsində geniş işgüzar əlaqələrin olması;

Davranış səriştələri:

  • Rəhbərlik və idarəetmə bacarığı;

  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;

  • Yüksək kommunikasiya və təqdim etmə bacarığı;

  • Yaradıcı və təşəbbüskar olmalı;

  • Komandada işləmək bacarığı;

  • Operativ və düzgün qərar vermək bacarığı;

  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xüsusiyyətlərə malik olmalı.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər. 

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı "İnsan Resursları departamenti”nin  İşə qəbul şöbəsinin rəisi" mütləq qeyd olunmalıdır.

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276