VAKANSİYA

“VTB Bank” işçi axtarır – VAKANSİYA
16 DEKABR 2017
1758

“VTB Bank” işçi axtarır – VAKANSİYA

2017-12-16 21:00:00
VTB Bank” Risklərin analizi, metodologiyası və hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işçi axtarır.
Tələblər:
  • İqtisadiyyat və maliyyə sahəsində ali təhsil;

  • Bank sektorunda risk-menecment və ya kredit təhlili sahəsində iş təcrübəsi (ən azı 1 il);

  • Təhlil etmə bacarığı, geniş məlumat bazası ilə işləmək bacarığı;

  • Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları barədə biliklər;

  • Risk-menecment, bank kreditləşməsi, kredit və portfel təhlilinin  aparılması sahəsində biliklər;

  • Rus və Azərbaycan dillərində sərbəst danışmaq (ingilis dili arzuolunandır), bu dillərdə işgüzar yazışma bacarığı;

  • MS Office –Excel proqramını peşəkar səviyyədə bilmək, SQL-də işləmə bacarığı;

  • Məsuliyyətlilik, operativlik, ünsiyyətlilik və komandada işləmək bacarığı.

 Vəzifələri:
  • Bankın kredit portfelinin konsolidasiya olunmuş təhlili (əsas göstəricilərin dəyişmə  dinamikası);

  • Üstünlük təşkil edən risk amillərinin aşkara çıxarılması, risklərin minimallaşdırılması üzrə rəy və təkliflərin formalaşdırılması;

  • Risk menecmenti üzrə modellərinin hazırlanması və təkmilləşdirilməsi;

  • Qanuna uyğunluqların aşkar edilməsi, normativ və indikatorların müəyyən edilməsi məqsədi ilə statistikanın təhlili;

  • Göstərici və indikatorun normativlərdən kənara çıxmalarının səbəblərinin müəyyənləşdirilməsi və mövcud sistem və ya modelin təkminləşdirilməsi haqqında təkliflərin irəli sürülməsi;

Göstəricilərin proqnozlaşdırılması və hesabatların aparılması.
Tələblərə uyğun namizədlər şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251