VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA
15 DEKABR 2017
4077

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA

2017-12-15 21:00:00

Sumqayıt Texnologiyalar Parkı azot, oksigen və arqon istehsalı sahəsinə operator vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Sexdəki texnoloji və texniki proseslərin mahiyyətini, yerinə yetirilmə ardıcıllığını texnoloji rejim və analitik nəzarət normalarına riayət etməklə qurğu üçün müəyyənləşdirilmiş  istehsal tapşırığının yerinə yetirilməsini təmin etmək;
• Zavodun texnoloji sxemini,texnoloji rejim normalarını, avadanlıqların, maşın və mexanizmlərin quruluşunu,işləmə prinsipini,təhlükəsiz işə buraxılma,saxlama və istismar qaydalarını bilməlidir;
• Operator öz işində texnoloji reqlamenti, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə normativləri, sənaye sanitariya və gigiyena normalarını, yanğından mühafizə qaydalarını, ilk tibbi yaqrım göstərməyi, təzyiq altında işləyən qurguların istismar qaydalarını, tabeçiliyində olduğu müdiriyyətin yazılı və şifahi göstərişlərini öz işində rəhbər tutmalıdır.
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli.Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə etməli;
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli;
• Xammal,köməkçi materiallar və məhsulların keyfiyyətinə nəzarət etməli;
• Tabeçiliyində olan növbə heyətinin fəaliyyətinə nəzarət etməli;
• Bütün avadanlığın,NÖC və A elektrik cihazların düzgün və təhlükəsiz istismarına daim nəzarət etməli;
• Avadanlıqların işində qüsur olduqda, texnoloji rejim pozulduqda, iş yerində bədbəxt hadisə baş verdikdə raport jurnalında ətraflı qeyd etməklə ,vaxtında növbə rəisinə, sex rəisinə, onlar olmadıqda isə zavod rəhbərliyinə məlumat verməli və tədbir görməli;
• Sahədə kənar şəxslərin olmasına yol verməməli;
• Özünün tabeliyində olan işçilərin bilik və bacarığının artırılması ilə məşğul olmalı;
• Qurğu təmirə dayandıqda qurğunu təmirə hazırlamalı və təmir işləri ilə məşğul olmalı;
• İş yerini və qurğunu daim təmiz saxlamalı;
• Hazır məhsullardan vaxtında sınaq ölçülərini götürməli və laboratoriya ilə əlaqə saxlamalı;
• Çilingər işini bilməli, lazım gəldikdə yerinə yetirməli;
• İşə başlamazdan əvvəl şəxsən iş yerinin vəziyyətini yoxlamalı;
• Avadanlığın sazlığı haqqında növbə rəisinə məlumat verməli;
• Texnoloji prosesin müəyyən edilmiş normalardan kənara çıxma hallarına nəzarət etməli;
• Təzyiq altında işləyən avadanlıqların təhlükəsiz istismarı qaydaları;
• İstehsal olunmuş məhsulun təhlükəsiz daşınmasını təmin etməli;
• Keyfiyyətli standarta uyğun məhsul istehsal etməli.
• Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini;
• Fəaliyyətlə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini.

Təhsil/Təcrübə:

• Orta texniki təhsil (Ali texniki təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
• ISO 9001(Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001(Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin təhlükəsizliyinin idarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumatı olmalı;
• Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə; 
• E-mail: 
[email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258