VAKANSİYA

“Bank Avrasiya” işçi axtarır – VAKANSİYA
13 DEKABR 2017
2013

“Bank Avrasiya” işçi axtarır – VAKANSİYA

2017-12-13 22:00:00

Bank Avrasiya”  Daxili nəzarət və risklərin idarə edilməsi  departamentinin direktoru vəzifəsinə işçi axtarır.

Namizədlər üçün irəli sürülən tələblər:

- Ali iqtisadi və ya biznes təhsili;

- Azı 3 il risklərin idarə edilməsi sahəsində bank təcrübəsi;

- Nəzarət edə bilmə qabiliyyəti;

- Strateji düşünmə və analitik təhlil bacarığı;

- Yenilikçilik və yeni təşəbbüsləri dəstəkləmək bacarığı;

- Planlaşdırma, təşkiletmə və nəzarət etmə vərdişləri;

Liderlik keyfiyyətləri;

- Problemi həlletmə bacarığı;

- Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək;

- MS Office proqramlarının bilikləri;

- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

- Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlayır.

- Bütün növ limitlərə gündəlik nəzarəti təşkil edir.

- Risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təmin edir.

- Risk xəritəsini hazırlayır və onun icrasına monitorinqi həyata keçirir.

- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi  üzrə metodların və modellərin seçilməsi və tətbiqi  üzrə işləri həyata keçirir.

- Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir.

- Aidiyyəti  struktur  bölmələrlə  birgə  stress-testlər  keçirir  və  müəyyən  edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır.

Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin ONLINE CV-ni doldurasınız.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258