VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA
10 DEKABR 2017
1696

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA

2017-12-10 21:00:00

Maliyyə Bazarlarına Nəzarət Palatası Problemli maliyyə subyektləri ilə iş sektoruna aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elanedir.

Vakant vəzifə üzrə tələblər:

  • Tam ali təhsil (Hüquq, iqtisadiyyat)

  • Analoji sahə üzrə iş 2-3 il təcrübəsi

  • ACCA/CFA sertifikatlar

  • Sığorta qanunvericiliyi, sığorta işi və sığorta nəzarəti üzrə beynəlxlaq standart və tələblər, “Banklar haqqında”,  “Kredit İttifaqları haqqında”, “Valyuta tənzimi haqqında”, “Əmanətlərin Sığortalanması haqqında”, “Poçt haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunları, “Azərbaycan Respublikasının Mülki Məcəlləsi”ni və digər qanunvericilik və normativ aktları, Maliyyə bazarlarına nəzarət haqqında qanunvericilik,  vətəndaş müraciətləri haqqında qanunvericilik, korporativ hüquq, hüquq nəzəriyyəsi, mülki və inzibati hüquq;

  • Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativ işləmək bacarığı,təşəbbüskarlıq, problemləri həll etmə, qərarvermə, təşkilatçılıq;

  • Azərbaycan, rus, ingilis dillərində şifahi və yazılı qaydada  fikirlərini düzgün ifadə etmək bacarığı;

  • MS Ofis proqramları üzrə peşəkar biliklər

Vəzifə öhdəlikləri:

  • Problemli maliyyə subyektlərindən hesabatların alınması, onların fəaliyyətinin təhlilinin aparılması;

  • Təqdim etdiyi məlumatların emalı, hesabat və arayışların, təqdimatların hazırlanması;

  • Müraciətlərin araşdırılması və cavablandırılması, digər cari işlərin görülməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə 16 dekabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301