VAKANSİYA

“Optimal Electronics” işçi axtarır – VAKANSİYA
05 DEKABR 2017
2542

“Optimal Electronics” işçi axtarır – VAKANSİYA

2017-12-05 21:30:00

"Optimal Elektronika" MMC merçendayzer vəzifəsinə işçi axtarır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Tələblər:

• Təhsil: Ali  və ya orta
• Azərbaycan dilini səlist bilməli, rus dilini bilənlərə üstünlük verilir
•  Elektronika sahəsində satış məsləhətçisi  və merçandayzer  kimi təcrübəsi  olması arzu olunandır.
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalıdır.
• Kreativ  olmalıdır.

Əsas vəzifələr:

• Məhsulların ticarət nöqtələrində şirkətin standartlarına uyğun təyin edilmiş plan üzrə düzülüşünü təmin etmək;
• Günlük planlaşdırılmış ticarət nöqtələrinə ziyarəti həyata keçirmək; 
• Ticarət nöqtələrində olmayan məhsullar haqqında məlumatı satış şöbəsinə çatdırmaq;
• Malların təyin edilmiş plan üzrə müəyyən edilmiş görünüşünü yoxlamaq;
• Mağazanın ümümi yoxlanışı haqqında blankı doldurub rəhbərliyə təqdim etmək;
• Ehtiyac olduqda bukletlərin paylanmasını təmin etmək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Merçendayzer” qeyd edərək öz CV-lərinizi şəkil əlavə etməklə recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Vakansiyaya son müraciət tarixi: 30.12.2017

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272