VAKANSİYA

“Mətanət A” işçi axtarır – VAKANSİYA
04 DEKABR
1373

“Mətanət A” işçi axtarır – VAKANSİYA

2017-12-04 21:30:00

Mətanət A” şirkəti Mühasib vakansiyasını elan edir

İşin təsviri:

  • Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;

  • Müəssisədə yazılmış maliyyə sənədlərin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;

  • Mühasibatlığa aid müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;

  • Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək və onları hesabı emala hazırlamaq;

  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək

  • İstirahət: Şənbə və bazar günü

Əmək haqqı:

  • Razılaşma yolu ilə

Tələblər:

  • Təhsil: Ali (İqtisadi)

  • İş təcrübəsi: 2- 5 il iş təcrübəsi olan

  • Yaş həddi:25-50

  • Dil bilikləri: Azərbaycan və Rus dili

  • Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətləri:

  • İşə planlı yanaşmaq bacarığı;

  • Yüksək ünsiyyət bacarığı;

  • Nitq mədəniyyəti;

  • Təmkinlilik, etibarlılıq, özünə inamlı;

  • Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Qeyd

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

  • Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288