VAKANSİYA

“Technoil” işçi axtarır – VAKANSİYA
02 DEKABR
2058

“Technoil” işçi axtarır – VAKANSİYA

2017-12-02 21:00:00

Technoil LLC Keyfiyyətə nəzarət üzrə Mütəxəssis (Sumqayıt)

Tələblər:

- Ali təhsil (Standartlaşdırma və ya texniki sahələrdə keyfiyyətə nəzarət ixtisası üzrə)
- Bu sahə üzrə 2-3 il təcrübə,
- İSO standart tələblərini bilməli,
- İş prosesində qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını bilməli,
- Daxili əmək nizamı qaydalarını, texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə təlimatları bilməli, sanitar-gigiyenik normalara əməl edilməsini tələb etməli,
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir,
- Sürücülük vəsiqəsi olmalı,
- Yaş həddi 25 və yuxarı.

Vəzifələr:

- Yerinə yetirilən işlər üzrə qanunverici və normativ-hüquqi sənədlərinın hazırlanması,
- Daxili əmək nizamı qaydalarına nəzarət,
- İş prosesində keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək,
- Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək, 
- Keçirilmiş daxili auidit üzrə hesabatların hazırlanmasında iştirak etmək,
- Rəhbərlik tərəfindən KMS-in analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işində iştirak etmək,
- Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq istehsal prosesinin keyfiyyətinə nəzarət üzrə işdə iştirak etmək,
- İşin keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün manqaların məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanması.

İş şəraiti:

Həftə içi 6 gün.
09:00-dan - 18-00-dək
Nahar şirkət tərəfindən verilir.
 
Əmək haqqı 400-500 AZN

E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287