VAKANSİYA

“Expressbank” işçi axtarır – VAKANSİYA
01 DEKABR 2017
2099

“Expressbank” işçi axtarır – VAKANSİYA

2017-12-01 22:00:00

Expressbank” ASC maliyyə departamentinə maliyyə analitiki vəzifəsinə işçi axtarır.

Tələblər:

- Ali iqtisadi təhsil;
- Mükəmməl mühasibatlıq biliyi;
- Analoji sahədə 3 il iş təcrübəsi;
- AR Vergi qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
- Mükəmməl Microsoft Office (Excell-yüksək səviyyədə) proqramların biliyi;
- SQL bilikləri olan namizədlərə üstünlük verilir;
- ACCA və CFA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı.

Vəzifə öhdəlikləri:

- Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
- Problemlərin həll etmə bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Bankın likvidliyi və xərclərin optimizasiyası ilə bağlı analitik hesabatların hazırlanması
- Bank məhsullarının gəlirliliyinin hesablanması;
- Daxili tələbat üçün hesabatların tətbiqi və hazırlanması;
- Digər təşkilatlara təqdim edilməsi üçün hesabatların hazırlanması;
- Hesabatlıq sisteminin təkmilləşdirilməsi üçün şöbə müdirinə təkliflərin verilməsi;
- Maliyyə uçotunda baş vermiş səhvlər barədə şöbə müdirinin xəbərdar edilməsi;
- Digər struktur bölmələrinin şöbəyə ünvanlanan sorğuların cavablandırılması.

Biz sizə nələr təklif edirik:

- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri.

Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla  tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda Jobsearch – Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277