VAKANSİYA

“Expressbank” işçi axtarır – VAKANSİYA
24 NOYABR 2017
2248

“Expressbank” işçi axtarır – VAKANSİYA

2017-11-24 22:00:00

Expressbank” ASC  hüquq departamentinin direktoru vəzifəsinə işçi axtarır

Tələblər:

- Ali hüquqi təhsil;
- Hüquq sahəsində 5 il və idarəetmə vəzifədə 2 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini yüksək səviyədə bilməsi, ingilis dilini bilənlərə üstünlük veriləcəkdir;
- MS Office proqramlarını istifadəçi qismində bilməsi;
- Yüksək analitik düşüncə və problemləri həlletmə bacarığının omlası;
- Liderlik, təşəbbüskarlıq, dəqilik və etibarlılıq kimi keyfiyyətlər;
- Komandanı həvəsləndirmək və idarəetmək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

- Hüquq Departamentinin fəaliyyəti ilə bağlı olan Bankdaxili təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır və İdarə Heyətinə təqdim edir;
- Departament nəzdində olan şöbələr (Korporativ hüquq şöbəsi, Məhkəmə qərarlarının icrasına nəzarət şöbəsi, Mübаhisəli Məsələlərin Hüquqi Tənzimlənməsi şöbəsi) arasında iş prosesinin düzgün qurulmasına nəzarət edir, ehtiyac duyulduğu hallarda hesabatlıq formalarının optimallaşdırılması işində işini təşkil edir;
- Şöbə müdirlərindən cari, aylıq, rüblük və illik hesabatları tələb edir və onların hazırlanmasına nəzarət edir;
- Bankın qanuni mənafelərinin və maraqlarının qorunması, kredit portfelinin sağlamlaşdırılması istiqamətində kompleks hüquqi tədbirlərin həyata keçirilməsi, əmlakının qorunub saxlanmasının hüquqi vasitələrlə təmin edilməsi;
- Korporativ mədəniyyətinin əsas hissəsi kimi Bankın işçilərinin hüquq mədəniyyətinin təmin və inkişaf etdirilməsi üzrə şöbələrin fəaliyyətini istiqamətləndirir;
- Bankın daxili normativ hüquqi aktlarının hazırlanmasında iştirak edir;
- Bankın hüquqi sənədlərinin, o cümlədən nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir; 
- Bank adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi işinə ümumi nəzarəti həyata keçirir;
- Bankın iştirak etdiyi məhkəmə mübahisələrində mənafelərin müdafiəsinin yüksək səviyyədə təşkil edir;
- Qanunvericilikdə meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərilməsi işini təşkil edir, alınmış cavabların və qanunvericikdə baş vermis önəmli dəyişikliklərin bankdaxili strukturlara operativ çatdırılmasını təmin edir;
- Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının, İdarə Heyətinin iclas protokollarının, İdarə Heyəti üzrə əmr və sərəncamların hazırlanmasını hüquqi cəhətdən  dəstəkləyir, onların ekspertizasını həyata kecirir və rəy verir;  

Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla  tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda Jobsearch – Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301