VAKANSİYA

“Unibank” işçilər axtarır – VAKANSİYA
23 NOYABR
1673

“Unibank” işçilər axtarır – VAKANSİYA

2017-11-23 21:00:00

Unibank”  Risklərin idarə edilməsi üzrə Mütəxəssis vəzifəsinə işçilər axtarır.

Müqavilə şərtləri: Daimi
 
Bank haqqındaBaşlıca öhdəliklər və məsuliyyətlər

• Əsas İT sistemlər və informasiya infrastrukturunda yarana biləcək əsas risklərin aşkar edilməsi, analizi və qiymətləndirilməsi;
• Risklərin minimallaşdırılması üzrə tövsiyələrin hazırlanması.

Namizədin Profili
• Ali təhsil (Tətbiqi riyaziyyat, İnformasiya Texnologiyaları, Fizika üzrə);
• İT sahəsində iş təcrübəsi; 
• Windows, Linux əməliyyat sistemləri üzrə təməl biliklər;
• TCP/İP və UDP, Routing, FireWall, VPN, WiFi, VoİP (Voice over İP) protokol və şəbəkələrin quruluş və fəaliyyət prinsiplərini anlamaq;
• OSİ/DoD (TCP) modeli üzrə təməl anlayışa sahib olmaq;
• Kompyuter və şəbəkə təhlükəsizliyi, web- əlavələrinin və onların texnologiyalarının təhlükəsizliyi, kriptoqrafiya şifrələnməsinin əsasları prinsiplərini anlamaq;
• Təhlükəsizliyin təmin edilməsi üsullarının/müdaxilələrin aşkar edilməsi sistemlərinin iş prinsiplərini anlamaq (korporativ antiviruslar, WAF, IDS/IPS, UTM, NGFW və s.);
• Proqram təminatının hazırlanma prinsiplərini anlamaq;
• Əsas şəbəkə servislərini anlamaq (DNS, DHCP, NTP, SNMP və s.);
• Sadalanmış sertifikatlardan azı birinin mövcud olması arzuolunandır: CİSCO İT Essential, Comptia İT Fundamentals, CİSCO CCENT, CCNA, Comptia Network+, CISCO CyberOPS, Comptia Security +, Comptia CSA, ISACA CRISC, ITIL Foundation, ISACA COBIT 5;
• İSO 27000/27005 tələbləri barədə təsəvvürə malik olmaq arzuolunandır.

Korporativ, kiçik və orta sahibkarlıq kredit riskləri şöbəsi:

Başlıca öhdəliklər və məsuliyyətlər

• Borcalanın maliyyə hesabatlarının və ödəmə qabiliyyətinin təhlili
• Maliyyə modellərin hazırlanması va tətbiq olunması, bençmarkinq və proseslərin analizinin aparılması
• Layihənin qiymətləndirilməsi üçün maliyyə modelləşdirilməsi 
• Reytinq və skorinq modellərinin təkmilləşdirilməsi və istifadəsi.
• Tarixi maliyyə məlumatların və kredit tarixçəsinin analizi  (kredit müraciətləri, BS & IS & CF hesabatları, hüquqi sənədlər və s.)
• Borcalanın məlumatlarını ümumiləşdirilməsi və risklərin obyektiv şəkildə təyin olunması

Namizədin Profili

• Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi
• Yüksək səviyyədə Microsoft office proqramları bilikləri;
• Korporativ maliyyə və/və ya maliyyə mühasibat biliklərinə sahib olması
• Maliyyə və ya kredit analitiki sahəsində iş təcrübəsi
• Yüksək ünsiyyət bacarıqları
• CFA və ACCA sertifikatlarını keçmiş namizədlərə üstünlük veriləcəkdir.

İstehlak kredit riskləri şöbəsi:

Başlıca öhdəliklər və məsuliyyətlər

• İstehlak kredit riskləri üzrə portfel təhlili;
• Risk limitlərinin təyin olunması və limitlərə nəzarət;
• Vintaj, PD, LGD modelləşməsi;
• Dövri olaraq hesabatların hazırlanması və təhlili.

Namizədin Profili

• İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya müvafiq sahədə bakalavr dərəcəsi
• Yüksək səviyyədə Microsoft office proqramları bilikləri;
• Statistika və Ekonometrika sahələri üzrə biliklər;
• Proqramlaşdırma üzrə biliklərə sahib olması arzuolunandır (SQL, VBA, statistik proqramlar);
• Analitik düşünmə və riyazi hesablama qabiliyyəti;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (
hansı şöbə üzrə müraciət edirsiniz) göstərməyiniz xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289