VAKANSİYA

“Azersun Holding” işçi axtarır – VAKANSİYA
22 NOYABR 2017
3438

“Azersun Holding” işçi axtarır – VAKANSİYA

2017-11-22 22:00:00

 “Azersun Holding” Zootexnik (Biləsuvar rayonu) vəzifəsinə işçi axtarır.

Namizədə aid tələblər:

• Zootexnik ixtisası üzrə ali təhsil,
• Müvafiq sahədə və ya zootexnik kimi 1 illik iş təcrübəsi.

İş haqqında məlumat:

• Heyvandarlıq məhsulları istehsalını artırmaq və keyfiyyətini yüksəltmək üçün bütün zootexniki tədbirləri, damazlıq işlərini, heyvanların cins keyfiyyətini yaxşılaşdırmağı, cins mal-qaranın uçotunu ayrıca aparmağı təmin etməyi bilməli,
• Təsərrüfatın yem balansını tərtib etməyi, yem bazasını möhkəmləndirməyi, gündəlik fərdi və qrup halında yem payını tərtib etməyi, onların düzgün yerinə yetirilməsinə nəzarət etməyi bilməli,
• Yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasının təşkilini bilməli, 
• Maldarlıq fermalarında kompleks mexanikləşdirmə işlərinin təşkili, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsi işlərini bilməli,
• Südün keyfiyyətinin, yağlılıq dərəcəsinin, turşuluğunun müəyyən edilməsi işlərini bilməli,
• Fermada uçot və hesabatın düzgün aparılmasına, mal-qaranın diri çəkisinin, köklük dərəcəsinin, südün yağlılıq dərəcəsinin və miqdarının dəqiq təyinini bilməli,
• Digər bölgələrdən işə götürülən işçilər şirkətin qonaq otağında qalmağa yerlə və gündə 3 dəfə qidalanma ilə təmin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 22.12.2017-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Zootexnik”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256