VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA
21 NOYABR 2017
2595

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA

2017-11-21 22:00:00

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Problemli maliyyə subyektləri ilə iş sektoruna aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.

Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

Vakant vəzifə üzrə tələblər:

 Tam ali təhsil (iqtisadiyyat)
 Analoji sahə üzrə iş 2-3 il təcrübəsi
 ACCA/CFA sertifikatlar
 Sığorta qanunvericiliyi, sığorta işi və sığorta nəzarəti üzrə beynəlxlaq standart və tələblər, “Banklar haqqında”,  “Kredit İttifaqları haqqında”, “Valyuta tənzimi haqqında”, “Əmanətlərin Sığortalanması haqqında”, “Poçt haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunları, “Azərbaycan Respublikasının Mülki Məcəlləsi”ni və digər qanunvericilik və normativ aktları, Maliyyə bazarlarına nəzarət haqqında qanunvericilik,  vətəndaş müraciətləri haqqında qanunvericilik, korporativ hüquq, hüquq nəzəriyyəsi, mülki və inzibati hüquq;
 Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativ işləmək bacarığı,təşəbbüskarlıq, problemləri həll etmə, qərarvermə, təşkilatçılıq;
 Azərbaycan, rus, ingilis dillərində şifahi və yazılı qaydada  fikirlərini düzgün ifadə etmək bacarığı;
 MS Ofis proqramları üzrə peşəkar biliklər

Vəzifə öhdəlikləri:

 Problemli maliyyə subyektlərindən hesabatların alınması, onların fəaliyyətinin təhlilinin aparılması;
 Təqdim etdiyi məlumatların emalı, hesabat və arayışların, təqdimatların hazırlanması;
 Müraciətlərin araşdırılması və cavablandırılması, digər cari işlərin görülməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə 16 dekabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257