VAKANSİYA

“Aztikintiyol” işçi axtarır – VAKANSİYA
21 NOYABR
2278

“Aztikintiyol” işçi axtarır – VAKANSİYA

2017-11-21 21:00:00

Aztikintiyol LLC Maliyyə işləri üzrə Mütəxəssisi vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri

- Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, qayimələrin, aktların tərtib edilməsi
- Mal-material, əsas vəsaitlərin hərəkətinə dair məlumatların mühasibat proqramı bazasına əlavə edilməsi
- Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işlənməsi
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi
- Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata    keçirilməsində iştirak edilməsi
- İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunun və nəzarətinin həyata keçirilməsi
- Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabında əks etdirilməsi
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarətin edilməsi, onların müəyyən edilmiş qaydada arxivə təhvil verilməsi üçün rəsmiləşdirilməsi
- Bank və Vergi balanslarını yoxlayıb, gündəlik bank  reportlarının hazırlanması
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icrası və sənədlərin tərtib edilməsi

Namizəd barədə tələblər

Ümumi tələblər
- Təhsil - Ali iqtisadi təhsil 
- Yaş həddi - 25-30
- Cins - kişi
- İş təcrübəsi: 3-5 il (“Big four” iş təcrübəsi üstünlükdür)
- Dil bilikləri: Rus və İngilis dili əla səviyyədə

Bilik və bacarıq
- MS Office -  Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı
- 1C proqramı 8.2 və ya 8.3. Proqramda mühasibatlıq uçotunu doğru qurmaq bacarığı olmalı
- Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini bilməli
- Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını, uçot və hesabatı, hesabatların plan və korrespondensiyasını bilməli
- Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini, sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını bilməli
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını bilməli
- İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli

İş şərtləri

- İş qrafiki - 6 günlük
- Əmək haqqı – 1200 - 1800 AZN 
- Nahar şirkət tərəfindən təmin edilir
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir
- Telefon limiti şirkət tərəfindən qarşılanır

Namizədlərdən CV-ni mövzu yerində “Maliyyə işləri üzrə Mütəxəssis” qeyd etməklə [email protected]  ünvanına göndərmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289