VAKANSİYA

"Günay Bank" işçi axtarır –VAKANSİYA
19 NOYABR
2867

"Günay Bank" işçi axtarır –VAKANSİYA

2017-11-19 22:00:00

"Günay Bank" xəzinədar vəzifəsinə işçi axtarır.

İş barədə məlumat

- Günün əvvəlində kassanı təhvil almaq, nəğd pul vəsaitlərinin və digər qiymətlilərin mövcudluğunun sayılaraq yoxlanılmasını təmin etmək 
- İnkassasiya vasitəsilə gətirilmiş pul və qiymətliləri qəbul etmək 
- Gün ərzində kassaya daxil olan nağd pulları elan blankı ilə qəbul etmək, pulların həqiqiliyini, dövriyəyə yararlığını yoxlamaq 
- Kassadan məxaric sənədi (pul çeki, kassa məxaric orderi) ilə nağd pul verərkən məxaric sənədlərindəki bankın məsul şəxslərinin imzalarının həqiqiliyini imza nümunələri ilə tutuşduraraq yoxlamaq 
- Banka girova qoyulmuş qızıl və zinət əşyalarını saxlanca qəbul etmək və uçotunu aparmaq 
- ATM-lərin inkassasiya olunması üçün kassetlərə qoyulan kupyurları seçib ayırmaq, ATM-lərdən çıxan yararsız pulları Bankın pul anbarına və yaxud, MB Ərazi idarəsinə təhvil vermək üçün hazırlayıb təhvil vermək 
- Kassa limitindən çox olan qalıq məbləğini Bankın Pul anbarına və yaxud, MB Ərazi idarəsinə təhvil vermək üçün hazırlamaq və təhvil vermək 
- İş qrafiki: Həftənin 6 günü, 1-5 günlər saat 09:00-dan 17:00-dək, şənbə günü saat 10:00-dan 13:00-dək

Namizədə tələblər

- Ali təhsilli olmalı (bu işdə bir neçə il təcrübəsi olan orta ixtisas təhsillilər də müraciət edə bilər) 
- Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi olmalı 
- Ünsiyyətqurma, yaranmış problemləri tez bir zamanda həll etmə bacarığına malik olmalı 
- Rus, ingilis dillərini orta səviyyədə bilənlərə üstünlük verilir

Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]ünaybank.com elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289