VAKANSİYA

“Beynəlxalq Bank” işçi axtarır – VAKANSİYA
18 NOYABR 2017
3108

“Beynəlxalq Bank” işçi axtarır – VAKANSİYA

2017-11-18 22:00:00

ABB” ASC  Təminat departamentinə mütəxəssis vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

Bankın strukturlarına elektrik və santexnika sistemlərində baş verən nasazlıqların aradan qaldırılması;
- Təmir işlərini yerinə yetirən kənar təşkilatlara nəzarət və istiqamətləndirmə;
- Bankın bütün strukturlarında xüsusilə elektrik sistemlərinin cari vəziyyətinin analizi;
- Baş vermiş bütün nasazlıqların uçotunun aparılması və bu halların təhlillərin aparılması;
- Strukturlarda görülən texniki təmir işlərinin koordinasiyası;
- Texniki sistemlər üçün xərc mal-materiallarının sifarişi və uçotunun aparılması.            
Vakant vəzifə üzrə tələblər:

Ali Təhsil;
- Azərbaycan, rus dillərində şifahi və yazılı qaydada  fikirlərini düzgün ifadə etmək bacarığı;
- Ofis proqramlarında sərbəst işləmək bacarığının olması.

Bu iş sizə nələri qazandıracaq:

Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
- İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  29 noyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təminat departamentinə Mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259