VAKANSİYA

“Bank of Baku” işçi axtarıır – VAKANSİYA
17 NOYABR
2215

“Bank of Baku” işçi axtarıır – VAKANSİYA

2017-11-17 22:00:00

Bank of Baku  Pl/SQL Developer işçi axtarır.

Əsas vəzifə və öhdəliklər

- Riyazi modellər və alqoritmlər əsasında qoyulan tapşırıqların yerinə yetirilməsini təmin edən proqramların işlənib hazırlanması
- Məsələnin həlli alqoritminin proqramlaşdırma dilinə keçirilməsinin, proqramların sazlanmasına hazırlıq işlərinin və sazlanmanın həyata keçirilməsi
- Proqramların onların funksional təyinatına uyğunluğunun tam şəkildə yoxlanması üçün yoxlama nümunələri verilənlərinin həcm və məzmununun müəyyən edilməsi 
- İstifadəyə verilmiş proqram və proqram vasitələrinin müşaiyətinin həyata keçirilməsi
- Proqram arxitekturasının işlənib hazırlanması

Seçim meyarları

- Ali təhsil (informasiya texnologiyaları sahəsi üstünlükdür)
- Azərbaycan dili və rus dili üzrə əla, ingilis dili üzrə yaxşı səviyyədə biliklər
- PL/SQL proqramlaşdırma dili, Oracle, MS SQL və ya PostgreSQL üzrə bacarıqlar
- Java proqramlaşdırma (arzu olunandır)
- Problemə yönəlik anatilik düşünmə tərzi

İş şərtləri

- İş yeri: Əməliyyat Mərkəzi 
- İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform

və ya cv-ləri  [email protected] ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289