VAKANSİYA

“Metak” işçi axtarır – VAKANSİYA
14 NOYABR
1716

“Metak” işçi axtarır – VAKANSİYA

2017-11-14 21:30:00

Metak” biznes proseslərin təkmilləşdirilməsi üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

İşin təsviri:

• Biznes proseslərinin müəyyən edilməsi və ya onların optimallaşdırılması;
• Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes prosesləri üzrə metodologiyanın (normativ sənədlər, texniki tapşırıqlar və s.) hazırlanması;
• Mövcud problemlərin qarşısını almaq və səmərəli fəaliyyətini təmin etmək  məqsədi ilə  normativ sənədlərin işlənməsi;
• Biznes-proseslərin dəyişilməsi üzrə ehtiyaclarının müəyyən edilməsi məqsədi ilə struktur bölmələrin menecerləri ilə iş;
• Texniki tapşırıqların müəyyən vaxt çərçivəsində icrası;   
• İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması;
• İş vaxtı: 5 gün, 09:00-18:00;
• Nahar şirkət tərəfindən verilir.

Namizədə tələblər:

• Yaş həddi: 25 - 40
• Ali təhsil (İqtisadi və ya riyazi sahədə);
• Maliyyə, mühasibatlıq, auditorluq sahəsində 3 ildən yuxarı iş təcrübəsi;
• MS Word, MS Excel, MS Power Point-yüksək səviyyədə, ERP sistemlərin biliyi;
• Azərbaycan, Rus dillərini peşəkar səviyyədə bilməli;
• İstehsal və xidmət sahəsində Biznes prosesləri bilməli;
• ERP proqramların imkanlarını və onların tədbiqi üsullarını bilməli;
• Vergi Məcəlləsini bilməli;
• ACCA F3;
• Normativ xarakterli sənədlərin (prosedurların, qaydaların, təlimatların və s.) peşəkar yazılması bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Analitik düşünmə  və yüksək riyazi analiz qabiliyyəti;
• Fərdi və komanda ilə işləmək qabiliyyəti;
• Yüksək kommunikasiya və yazılı ünsiyyət qabiliyyəti.

Ə/haqqı: 1000 - 1200 AZN

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume.php?vid=101
25.12.2017 – ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalniz göstərilən meyarlara uyğun olan namizədlər musahibəyə çağırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287