VAKANSİYA

“Beynəlxalq Bank” işçi axtarır – VAKANSİYA
13 NOYABR
2408

“Beynəlxalq Bank” işçi axtarır – VAKANSİYA

2017-11-13 22:00:00

ABB” ASC Maliyyə monitorinqi xidmətinə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

-Açılan hesabların monitorinqi, rəylərin verilməsi;
- Müştəri əməliyyatlarının monitorinqi;
- Qeyri-adi, iri məbləğli əməliyyatların təhlili, şübhəli əməliyyatların aşkar edilməsi;
- Müştəri əməliyyatlarının PL/TMM və Valyuta rejiminin tələblərinə uyğunluğunun yoxlanılması;
- AR Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunan hesabatların tərtib edilməsi.            
Vakant vəzifə üzrə tələblər:

- Ali Təhsil;
- Bankın müştərilərə xidmət sahəsində 1-3 il iş stajı;
-Azərbaycan, rus və ingilis dillərində şifahi və yazılı qaydada  fikirlərini düzgün ifadə etmək bacarığı;
- Ofis proqramlarında sərbəst işləmək bacarığının olması.

Bu iş sizə nələri qazandıracaq:

Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
- İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 noyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Maliyyə monitorinqi xidmətinə aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287