VAKANSİYA

“Azersun Holding” işçi axtarır – VAKANSİYA
10 NOYABR 2017
4146

“Azersun Holding” işçi axtarır – VAKANSİYA

2017-11-10 21:30:00

Azersun Holding” copywriter vəzifəsinə işçi axtarır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Namizədə aid tələblər:

• Jurnalistika, Filologiya, Marketinq ixtisası üzrə ali təhsili olmalı;
• Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi olmalı;
• Azərbaycan dilində mükəmməl yazı qabiliyyəti olmalı;
• Təşəbbüskarlıq və kreativlik keyfiyyətləri olmalı; 
• Komandada işləmək, təqdimat aparmaq və təhlil etmək bacarığı olmalı; 
• İngilis dilində səlis şifahi və yazılı nitqi olmalı.

İş haqqında məlumat:

• Digital marketing və sosial media işi ilə bağlı müasir texnologiyalara bələd olmaq; 
• Digital marketing sahəsində yeni trendlərdən xəbərdar olmaq, qlobal və lokal tendensiyalara uyğun olaraq məzmun proqramları hazırlamaq;
• Kreativ düşünmə və marka konseptinə uyğun sosial media və xüsusi internet səhifələri üçün mətn hazırlamaq, inkişaf etdirmək və məzmunun davamlılığını təmin etmək;
• Agentliklərdən və müxtəlif mənbələrdən gələn xəbərlərin, mətbuat billütenlərinin, mətnlərin hazırlanması, korreksiya edilməsi, redaktəsi, və yenilənməsi; 
• Görülmüş işlər haqqında hesabatın hazırlanmması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Copywriter”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.comsaytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267