VAKANSİYA

"TBC Kredit" işçi axtarır -VAKANSİYA
09 NOYABR
1492

"TBC Kredit" işçi axtarır -VAKANSİYA

2017-11-09 11:06:00

TBC Kredit BOKT Mərkəzi filial üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Öhdəliklər:

• Müştəri cəlb etmə bacarığı
• Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı
• Prosedur qaydaları ilə tələb olunduğu kimi kredit portfelinin yüksək keyfiyyətini saxlamaq
• Kredit məhsulları üzrə xidmətlər və onların monitorinqi
• Kredit müraciətlərinin qiymətləndirilməsi və analizi qabiliyyəti
• Cari kredit portfeli ilə işləmə

Tələblər:

• İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil
• Micro və istehlak kreditləri sahəsində ən azı bir il təcrübə
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• İngilis və rus dilində müəyyən səviyyədə biliklərə malik olanlara üstünlük veriləcək.

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 04 Dekabr 2017-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Mərkəzi filial üçün Kredit mütəxəssisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287