VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA
07 NOYABR
1832

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA

2017-11-07 22:00:00

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır bank fəaliyyətinə nəzarət departamentinin Daxili nəzarət idarəsinin böyük inspektoru vəzifəsinə işçi axtarır.

Namizədə dair tələblər:

- Ali təhsil (maliyyə/iqtisadi).

– Analoji sahə üzrə ən azı  3 illik iş təcrübəsi.

– Maliyyə qanunvericiliyi üzrə biliklər;

– Tədqiqat aparma, təhlil etmə, analitik hesabat tərtib etmə və idarəetmə bacarığı;

– Layihələrlə iş bacarığı və təcrübəsi;

– Ünsiyyətqurma və komandada işləmək bacarığı;

– Fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı;

– Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;

– MS Office proqramları.

İşin təsviri:

– Kredit təşkilatlarında yoxlamalar həyata keçirir;

– Keçirilmiş yoxlamaların nəticələrinə dair hesabatlar hazırlayır;

– Kredit təşkilatlarına göstəriş və tapşırıqların verilməsi, qanunvericiliyə uyğun tədbirlərin, sanksiyaların tətbiq edilməsinə dair təkliflər hazırlayır;

– Nəzarət prosesi çərçivəsində bankların nümayəndələri ilə əlaqə saxlayır və ya görüşlər həyata keçirir;

– Nəzarət strategiyasının müəyyən edilməsində iştirak edir;

Maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzun hissəsinə qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287