VAKANSİYA

“DəmirBank” işçi axtarır – VAKANSİYA
07 NOYABR
1809

“DəmirBank” işçi axtarır – VAKANSİYA

2017-11-07 20:30:00

DəmirBank” ASC Problemli Kreditlərin Hüquqi Tənzimlənməsi Departamentinin İcra orqanları ilə iş şöbəsinə Gəncə filialı üzrə mütəxəssis və hüquqşünas vakansiyasına işəqəbul elan edir.

Vəzifə öhdəlikləri:

• İcra sənədləri əsasında bankın xeyrinə ödənilməli olan pul vəsaitlərinin geri qaytarılması istiqamətində icra məmurlarının qanunvericiliklə nəzərdə tutulmuş və icra etməli olduqları məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb edir;
• İcra məmurlarının qanuni göstərişlərini yerinə yetirməkdən boyun qaçıran borclular özlərinin və ya əmlaklarının axtarışında (kredit dosyesindəki məlulmatlardan istifadə etməklə) və lazımi tədbirlərin görülməsində bilavasitə iştirak edir;
• Əmlak üzərinə həbsin qoyulması, qiymətləndirici dəvət olunması, hərraca göndərilməsi proseslərinin ləngimədən həyata keçirilməsinə nəzarət edir;
• Zəruri hallarda icra məmuru ilə borclunun ünvanına və ya iş  yerinə gedir;
• Filial rəhbərləri və filialın kreditlər üzrə işləyən əməkdaşları ilə əlaqə  saxlayır, lazım gəldikdə müvafiq sənədlərin, məlumatların təqdim edilməsini tələb edir; 
• İpoteka, girov və ya üzərinə həbs qoyulmuş, daşınar əmlakların bankın saxlancına yerləşdirilməsi məqsədilə qəbul edir və ünvanına çatdırır.

Namizədə qarşı tələblər:

• Ali təhsil (hüquqi təhsilin olması üstünlükdür);
• Müvafiq sahədə iş təcrübəsi 1 ildən artıq olmalı;
• İcra haqqında qanunu bilməli;
• Stres altında işləməyi bacarmalı;
• Analitik təhlil qabiliyyətinə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 noyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İcra orqanları ilə iş şöbəsinə Gəncə filialı üzrə hüquqşünas və ya mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287