VAKANSİYA

“Avlolüks Azərbaycan” işçi axtarır – VAKANSİYA
06 NOYABR
1514

“Avlolüks Azərbaycan” işçi axtarır – VAKANSİYA

2017-11-06 22:00:00

Avlolüks Azərbaycan” MMC - yə Ehtiyat hissələri üzrə Mütəxəssisi tələb olunur.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Namizədə olan tələblər:

1. Avtomobil sahəsində 3 il  iş təcrübəsi ;
2. Avtomobillər haqqında məlumatlı olmaq ;
3. Rus-dili biliyi ;
4. İngilis-dili bilənlərə üstünlük verilə bilər;
5. Yaş həddi 25-40 ;

Vəzifə öhdəlikləri:

• Müştərilər üçün düzgün ehtiyat hissələrinin anbarda olmasından əmin olmalı, sifariş zamanı düzgün analiz aparmalı və dövriyyədə olan boş vəsaiti minimuma çatdırmalı.
• Təmiz və professional mühit yaratmalı.
• Departamentdə iş gedişatını analiz etməli və lazımi yerlərdə işə müdaxilə edib vaxtında tamamlanmasına kömək etməli.
• Gündəlik iş şəraitində etik standartlara riayət olunmasına nəzarət etməli.
• Müştəri razılığına və loyallığına nail olmaq üçün bütün lazımi vasitələrdən istifadə etməli, anbarda olan ehtiyat hissələrinin və aksessuarların sərfiyyatını izləməli və anbarda "ölü hissələr"i minimuma salmalı.
• Daima bütün məsələlərə diqqət yetirməli və məsələnin həlli üçün çalışmalı.
• Şirkətin bütün əməkdaşları ilə birgə çalışaraq Müştəri məmnuniyyətinə nail olmalı.
• Bütün problemləri departament daxilində tez və səmərəli şəkildə həll etməli.
• İşçilərə lazımi texniki dəstək göstərilməsini təmin etməli.
• hər bir əməkdaşla səmərəli iş əlaqəsi qurmalı və məlumat mübadiləsi aparmalı.
• Müştərilərlə əlaqə saxlanılaraq ehtiyat hissələri barədə razı olub-olmamaqlarını daima izləməli.

Email: [email protected]

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287