VAKANSİYA

Veysəloğlu Şirkətlər Qrupu işçi axtarır – VAKANSİYA
06 NOYABR
3329

Veysəloğlu Şirkətlər Qrupu işçi axtarır – VAKANSİYA

2017-11-06 21:30:00

Veysəloğlu Şirkətlər Qrupu mühasibat uçotu departamentində böyük mühasib vəzifəsinə işçi axtarır.

Təcrübə, bilik və bacarıqlarınız:

 İqtisadiyyat,maliyyə,mühasibat uçotu və audit sahəsində bakalavr/magistr təhsili; 
 Maliyyə sahəsində minimum 3 il təcrübə;
 Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
 Logo Tiger və Mikro ERP proqramlarından sərbəst istifadə bacarığı arzuolunandır;
 Maliyyə,İdarəetmə,Vergi və İFRS üzrə kvalifikasiyalar;
 Daim inkişafa meyillilik;
 Dürüstlük, obyektivlik və təşəbbüskarlıq.

Bizimlə qazanacağınız təcrübə:

 Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
 Beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq  müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
 Beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq  müəssisənin maliyyə nəticələrini əks etdirən maliyyə hesabatlarını hazırlayaraq Baş mühasibə təqdim etmək;
 İkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
 Hesabat-uçot işlərini müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak etmək və təkliflər vermək;
 Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
 Müəssisədə mövcud olan bütün maddi və qeyri maddi aktivlərin inventarizasiyasını təşkil etmək;
 Sənədlər mübadiləsi prosesinin düzgün qurulmasını təşkil etmək;
 Əsas vəsaitləri reyestrin yaradılmasını təşkil etmək;
 Müqavilələr üzrə reyestri yaratmaq;
 Xərclərin tanınması qaydalarını və təsnifatının yaratmaq;
 Sənədlərə baxış və müvafiq tövsiyələrin verilməsi.

Sizə nə vəd edirik:

 Rəqabətədavamlı əmək haqqı
 Müddətsiz əmək müqaviləsi
 Hədəfli karyera inkişafı və cəlbedici daxili və xarici təlimlər
 Dinamik iş şəraiti
 İşgüzar və mehriban kollektiv 
 Nəqliyyat təminatı
 Nahar yeməyi

Komandamıza qoşulmaq üçün CV-nizi [email protected] ünvanına mövzu yerinə “Böyük Mühasib” qeyd etməklə göndərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287