VAKANSİYA

“AS Qrup İnvestment” işçi axtarır – VAKANSİYA
06 NOYABR
1686

“AS Qrup İnvestment” işçi axtarır – VAKANSİYA

2017-11-06 21:00:00

AS Qrup İnvestment” MMC mühasib vəzifəsinə işçi axtarır.

Vəzifə və öhdəliklər:

• Vergi fakturaların və gömrük yük bəyənnamələrinin mühasibat qeydiyyatı tərtibi, göndərilməsi; 
• Bəyənnamələrinin hazırlanması, ƏDV depozit hesabından köçürmələrin aparılması; 
• DSMF hesabatların hazırlanması (B1,B3 );
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi 
• Elektron portalı ilə işləmə bacarığı ;
• Mühasibat sənədlərinin hesab mərkəzlərinə uyğun qəbulu, nəzarəti, hesabların işlənməsi üzrə çıxarışların hazırlanması; 
• Debitor və kreditorların idarəolunması;
• Pul vəsaitlərinin, malın, xidmətin, maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabında əks etdirilməsi; 
• Yeni və köhnə hesablarla mühasibat yazılışlarının aparılması,hesabtların hazırlanması; 
• BTP proqramında işləməklə vergi bəyannamələrinin hazırlanması və göndərib təqdim edilməsi;
•  Bütün vergi hesabatlarının göndərilməsi E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması;
•  Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək

Tələblər:

• Təhsili: İqtisadiyyat
• Sahə üzrə minimum 3-5  il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan və Rus, İngilis dili üstünlükdür
• Kompüter bilikləri: MC Office, 1C7.7, 1C 8.3, Outlook

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected]  elektron ünvanına  göndərə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287