VAKANSİYA

“Bakcell” işçi axtarır – VAKANSİYA
03 NOYABR 2017
4336

“Bakcell” işçi axtarır – VAKANSİYA

2017-11-03 21:00:00

Bakcell” operator xidmətləri üzrə yarimbölmə rəhbəri vəzifəsinə işçi axtarır.

Vakansiya haqqında

İdarə : Marketinq
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 08.11.2017

Sizin əsas vəzifə öhdəlikləriniz

* Əlavə Dəyər Xidmət (VAS) məhsullarına əsasən müvafiq tədqiqat və hesabatlar aparmaq
* Əlavə Dəyər Xidmət (VAS) bazarında abunəçi davranışını təhlil etmək 
* Müştəri təcrübəsini və gəlirləri artırmaq üçün mövcud məhsulları yeniləmək və idarə etmək 
* Artmış biznes həcminin imkanlarını müəyyən etmək üçün bazar tədqiqatını planlaşdırmaq 
*  Rəqib şirkətlərin marketinq fəaliyyətini izləmək, təhlil etmək və GSM tendensiyalarını, illik Əlavə Dəyər Xidmətləri (VAS) və Məhsulların inkişaf planlarını qiymətləndirmək 
* Büdcəyə nəzarət etmək
* Gəlirləri təmin etmək və artırmaq üçün Əlavə Dəyər Xidmətlərindən əldə olunan gəlirlərə və digər parametrlərə nəzarət etmək 
* Yeni Əlavə Dəyər Xidmət (VAS) məhsullarının abunəçilərə təqdim olunması üçün TTM (Time to Market) prosesinə riayət etmək
* Müqavilə və ödənişləri idarə etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* İqtisadiyyat, İT, Telekommunikasiya, Marketinq və ya Riyaziyyat üzrə Ali təhsil (MSc və ya MBA əlavə üstünlük hesab edilir)
* Marketinq, İT, Məhsulun İnkişaf etdirilməsi və Biznesin İdarə edilməsi üzrə 3-5 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Ünsiyyət qurma bacarığı
*Danışıqlar apara bilmək qabiliyyəti
*Komanda işi və Əməkdaşlıq
*İdarəetmə qabiliyyəti
*Ms.Office Proqramlarını bilmək
*Azərbaycan və İngilis dillərini mükəmməl bilmək (Rus dili biliyi üstünlük hesab olunur)

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “
Operator Xidmətləri üzrə Yarımbölmə Rəhbəri” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255