VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA
27 OKTYABR
1966

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA

2017-10-27 21:30:00

Sumqayıt Texnologiyalar Parkı MMC təlim mərkəzinin texniki proqramlar üzrə kuratoru vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Əməkdaşların texniki təlimlərə tələbatlarını müəyyən etmək;
• Əməkdaşların qiymətləndirilməsi prosesində iştirak etmək;
• Texniki təlimlərin təşkil edilməsində iştirak etmək;
• Texniki təlim proqram və materiallarının hazırlanmasında iştirak etmək;
• Texniki təlimlər üzrə daxili və xarici təlimçilərin seçilməsində iştirak etmək;
• Texniki ali və orta məktəblərlə sıx əlaqədə olmaq;
• Texniki təlimləri təşkil edən sirkətlərlə sıx əlaqədə olmaq;
• Müvafiq təlim materiallarını tərcümələr etmək;
• Mərkəzin səmərəli fəaliyyətini təmin etmək üçün tələb olunan digər vəzifələrin icrası.

Təhsil/Təcrübə:

• Ali təhsil (Mühəndislik sahəsində);
• İstehsalat sahəsində minimal 3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: 
[email protected] və ya [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291