VAKANSİYA

“Melissa Group” işçi axtarır – VAKANSİYA
23 OKTYABR
1864

“Melissa Group” işçi axtarır – VAKANSİYA

2017-10-23 21:00:00

Melissa Group” “Xarici iqtisadi əlaqələr üzrə Menecer” vakansiyası elan edir:

İş barədə məlumat:

• Gömrük işlərinin rəsmiləşdirilməsi, ixrac sənədlərinin hazırlanması, sertifikatların alınması, ixracatın rəsmiləşdirilməsi;
•  Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət olunması; 
• Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması; 
• Şirkətin yerli və xarici tədbirlərdə və görüşlərdə təmsil olunması;
• Təchizatla bağlı xarici şirkətlərlə danışıqların aparılması;  
• Hədəf bazarlarda potensiallı müştərilərin tapılması, danışıqların aparılması, ixrac üçün lazım olan bütün sənədlərin hazırlanması, sərgilərin təşkil olunması və sairə.

Vəzifə ilə bağlı tələblər:

• Havalandırma, isitmə, soyutma sistemləri (HVAC systems) üzrə iş təcrübəsinin və müvafiq biliklərin olması üstünlükdür;
• Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurmaq bacarığı olmalı; 
• MS Office (MS Word, MS Excell, MS PowerPoint) və Adobe Photoshop üzrə mükəmməl biliyin olması; 
• Xarici ölkələrə ezamiyyələrə hazır olması; 
• Satınalma, gömrük, loqistika sahəsində azı 3-5 il iş təcrübəsi olması;
• Yaş həddi: 25-35.

Əlavə məlumat

• Əməkhaqqı: 1200 AZN (əlavə bonus və ya mükafatlandırma ola bilər)
• Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər.

CV-lərinizi [email protected] ünvanına "Xarici iqtisadi əlaqələr üzrə Menecer" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285